21 Kasım 2024

Urdu şeiri deyincə ilk ağla gələn şair jurnalist Faiz Əhməd, 13 fevral1911-ci ildə Pakistanda doğuldu, Lahorda təhsil aldı, İngilis-Hind ordusunun tərkibində İkinci Dünya Savaşında iştirak etdi.İrəliçi Yazarlar Hərakatının üzvü idi. 1951-ci ildə Ravalpindi sui-qəsdində suçlanaraq 4 il həbs edildi. 1962-ci ildə  Lenin Sülh  Mükafatı aldı. 1979-cu ildə  Ziya-Ül-Haq hərbi çevrilişindən sonra Beyruta qaçdı. Könüllü sürgün həyatı yaşadı. Asya-Afrika Yazarlar Birliyinin orqanı olan “Lotus”da işlədi.1982-ci ildə Pakistana qayıtdı. 1984-cü idə Lahorda vəfat etdi

BU ZƏNCİRƏ VURULMA, BU DAR AĞACI ANI

Bütün yolları bu saat bürüyübdür bir həsrət

Gözlədiyim baharı göstərmir heç bir saat.

Ruhumuza çullandı bu yaşam qayğıları,

Dur biz də silahlanaq, bu sevgi sınağıdı.

.

Sevgilimin üzünü gördüyüm müqəddəs an,

Bir müqəddəs saatdır, yanan qəlbə su səpən!

Nə o saqi qayıtsın, nə də şərab qədəhi!

Bir sərvin, ya  çinarın yarpaq pıçıltısını  

Demməyəcəyiksə bir dosta bundan belə

O yaşıl saatları, oynaşan kölgəni də.

.

Çoxdandı sızım sızım sızıldayır bu yara

Bu zəncirə vurulma, bu nəşə, dar ağacı,

Bənzəmədi bu ağrı köhnə ayrılıqlara

Bu ağrı başqa ağrı, qəlb deşəndi bu acı!

.

Sözün yeriyər hücrədə, yeriməz bağa hökmün

Açılanda qırmızı gül qönçəsi, gələndə o tər zaman  

Heç vaxt kəmənd atılmaz dan üzü qopan yelə,

Baharın oyanışı düşməz tora-tələyə .

.

Bülbülün oxuduğu, çiçəklər açan anı

Görməsəm də eybi yox, onsuz görəcək hamı.

***

DANIŞ

Danış!Azaddır dodaqların.

Danış! Bu dil sənindir.

Danış! Bu sənin bədənindir.

Danış! Hələ yaşamın da sənindir.

 .

Bax və anla, gör dəmirçi odunda  

  Polad necə qızarır

Gör, kilidli qapılar necə asan açılır

Zəncirlər bax  qırılır.

*

Danış! Sənə düşən zaman yetincə.

Bədəninlə dilin ölmədən öncə.

Danış! Hələ yaşayan gerçək üçün,

Danış! Söylə qəlbindəkini bütün!

Rus dilindən çevirən:Ayişə Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir