Yeni humanitar atəşkəs rejiminə uymayan Ermənistan silahlı qüvvə bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhə boyu Azərbaycan Ordu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyuna yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
Müdafiı Nazirliyinin yaydığı məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub.
Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilmişdir. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.
Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Ordumız hazırda əməliyyat şəraitinə nəzarət edir.
İklim.az