Erməni silahlı qüvvələri tərəfindən bu gün saat 16 radələrində Bərdə rayonu Qarayusifli kəndi müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutulub.
Erməni hərbi cinayəti nəticəsində 4 mülki şəxs həlak olub ki, onlardan biri də 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır.
Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olmuş uşaqların sayı 11-ə çatıb.
Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Dünya birliyi bu cinayətləri dinməzcə seyr etməkdədir.
İklim.az
Lənət olsun bunu edən erməniyə