Xəbər verilir ki, Türkiyədə güclü zəlzələ baş verib. Mərkəzi İzmirdə olan 6,6 bal gücündə qeydə alınan zəlzələ nəticəsində 6 yaşayış binasına yıxıldı. Sarsıntılar ətraf bölgələrdə hiss edilib. İlkin məlumata görəuçquin altınd a qalanların olduğu ehtimalı olsa daha hələlik ölən və yaralananlar haqda məlumat verilməyib.
Yerin 16,5 km dərinliyində olan yeraltı təkanlar 15 saniyə davam edib və İstanbulda da hiss edilib.
Qəndilli Rəsədxanası zəlzələnin şiddətinin 6,8 bal olduğunu açıqlayıb.Ardçı təkanlar davam edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial medya hesabında hadisə ilə bağlı ilk açıqlama verib: “İzmirdə meydana gələn zəlzələdə zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun. Dövlətimizin bütün imkanları ilə zərərçəkənlərin yanındayıq. Aidiyyəti qurumlarımızla, nazirlərimizlə bölgədə lazımi işlərə başlamaq üçün hərəkətə keçdik”.
Keçmiş olsun, Türkiyə.
İklim.az