Müdafiə Noyabrın 2-dən 3-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri cəbhənin şərq istiqamətində irəliləyib.Ermənistan hərbi birləşmələri həmin istiqamətdə geri çəkilməyə məcbur olub.
Bu barədə qondarma Dağlıq Qarabağ rejiminin müdafiə ordusu məlumat yayıb. Düşmən geri çəkilməyini guya “daha faydalı döyüş” üçün “taktiki gedişat” kimi izah edib.
Ermənistan tərəfi, döyüşlərə nəzarət və taktiki üstünlüyün Azərbaycan Ordusunda olduğunu etiraf edib.
Noyabrın 3-ü saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.