04 Temmuz 2024

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilərək sıradan çıxarılıb.

Hazırda cəbhədə döyüş şəraitinə bizim qoşunlarımız nəzarət edir.

Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Ermənistan tərəfi isə uydurma bəyanatlara davam edir.

 Bu barədə prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter səhifəsində yazıb: “Ermənistanın Xarici İşlər Nazirliyi davakar bəyanat və uydurma rəvayətlərlə Azərbaycanda mülki insanlara qarşı hücumlara zəmin hazırlayır. Ermənistan terrorizmi dəstəkləyən bir dövlət olaraq, Gəncə, Bərdə və s. şəhərləri “Smerç” və “SCAD” ballistik raketlərindən atəşə tutaraq əsl simasını nümayiş etdirdi”.

Addım-addım qələbəyə gedirik.

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir