21 Kasım 2024

Vətən təkcə kişilərin vətəni deyil, həm də bu ərazidə yaşayan canlıların, təbiətin, daşın-ağacın, qurdun- quşun da vətənidir.Onlar da öz miqyaslarında qoruyurlar vətənlərini, vətənimizi.Bəs qadınlar? Qadınların vətəni qoruma haqqı daşın-ağacın, qurdun-quşun haqqı qədərdir? Qadın da savaşar da, vətən də qoruyar.  

Döyüşə gedən, ya tibb əməkdaşı olaraq cəbhədə olan qadınlarımız belə bir əxlaqsızlıqla qarşılaşsa, nə düşünərik.Əlbəttə, insanlıq adına ayıb sayaraq əsgərimiz bunun qisasını çox qəddarca alar.

Erməni də olsa, millətimiz qadına hörmət edir.Elə olmasaydı bizim milli kişilər 20 min (bəzi mənbələrdə  hətta 30 min) erməni qadınla evlənib evinin xanımı etməzdi. Birinci Qarabağ savaşında oğlanlar şəhid oldu, nə qədər qızlarımız evlənə bilmədi, buna rəğmən ermənisevər kişilər öz xalqının qızlarını bəyənib evlənmədi, üzünə gülən hansısa erməni qadını özünə xanım etdi və bu qədər qana-qadaya baxmayaraq onları hələ də ocağında, süfrəsinin başında oturdur.Bu gün hoqqabaz mütrüb üçlüsü bunu gördüyü halda guya erməni qadınına daha aşağı baxdıqlarını iddia edirləsə də yalan etirafdır. Bununla şəxsiyyət qüsurlu hoqqabaz mütrüb üçlüsü əsgərimizin şanlı döyüşünü, əxlaqını şübhə altına alır.Babəkin Koroğlunun nəvəsiyəm deyə sinəsinə döyənlər hücrəsinə gələn gözəl qadına “Sənə toxunsam qılıncıma doğranım” deyən Beyrəyin də nəvəsisiniz.Qeryət, namus Beyrəkdən genlə keçmədimi sizə, yoxsa bəlkə gen fərqlidir, o da ola bilər.Məsələn, o 20 mindən birinin geni keçmiş ola bilər.

Tarix boyu Nigarı, Həcəri, Tomrisi baş tacı edirik, cəbhəyə gedən qadına əyləncə gözü ilə baxan millət olsaq, bu qadınlara belə müqəddəs kimi yanaşmazdıq.Ancaq biz həmişə qızlarımızı öyəndə, ucaldanda Həcər, Nigar, Tomris deyirik.Əmnəm ki, bu xalq xalq olaraq döyüşən qadına daha çox hörmət edir, uca tutur.Cəbhəyə gedən qadına münasibətdə həmişə igidliyi, cəıngavərliyi, “aslanın erkəyi dişisi olmaz” sözü ilə möhürləmişik.

Biz düşmənimiz mərd olsun ki, döyüşümüz, qələbəmiz də ürəyimizcə olsun deyirik.Bunu, özü paslı düşüncəli olmasına baxmayaraq yəqin ki, qarşı tərəf də deyir.Qarşı tərəfə əxlaq göstərmək də bir igidlikdir.Bunu əsgərimiz gösətirir.

Bilirsinizmi, türk orduları niyə girdikləri savaşları qazanıblar? Çünki halal olublar.Halala harama çox diqqət ediblər.Qanuni Sultan Süleymanın ordusu düşmən üzərinə gedərkən yol dar olduğundan əsgərlərin bir hissə yol qırağındakı üzüm bağından keçir. Qızmar yay, günlərlə yol gələn əsgərlər susuzdu, yetişmiş üzümlər də adamın ağzını sulandırır. Əsgərlər üzümlərə dəymədən keçib gedir.Ancaq bir əsgər nəfsini saxlaya bilməyib bir salxım üzüm qoparır.Yerinə də qarşılğında pul asır.Ordu aralanandan sonra baxırlar ki, bir kənd adamı onların arxasınca qaçır, gəlib  yetişəndə kəndli heyrətlə komandirə, bir əsgər bir salxıb üzüm qoparıb və yerinə pul asıb deyərək təşəkkürünü bildirir. Komandir tez o əsgəri tapır, Sultan Süleyman cəza olaraq “ Əsgərinin mədəsində haram loxma olan ordu zəfər qazana bilməz” deyərək əsgəri ordudan atır.Kəndli peşman olub mən onu mükafatlandırmaq üçün gəldim deyəndə, Qanuni cavab verir ki, əgər əsgər o pulu ora asmasaydı onda kəlləsi gedərdi, indi isə başqasının malına izinsiz əl vurduğu üçün ordudan atılır” deyir.

Yoluna davam edən ordu bir bulaq başında əylənir, susuz əsgərlər bulağa enib yuyunur su içirlər.Bunu görən yaxınlıqdakı monastr rahibi öz rahibələrinin bir neçəsinin bəzəndirib əllərinə də sənək verib bulağa göndərir ki, türk əsgərlərini məşğul etsinlər, o vaxta qədər də xaçlı əsgərlər gəlib yetişsin.

Bulaq başına rahibələrin gəldiyini görən türk əsgərləri aralanıb rahibələrə arxalarını dönürlər ki, onlar arxayınca sularını doldurub getsinlər.Rahibələr su doldurub gedənə qədər əsgərlər onlara tərəf dönmür.

Bunu öyrənən rahib dəhşətə düşür və imperatora belə bir məzmunda məktub yazır: Ey xaçlı komandirlər, siz bunlarla necə döyüşəcəksiniz.Bunlar canlarından keçib, nə mala-mülkə, nə qadına meyl edirlər, yanlarına göndərdiyim rahibələrə dönüb baxmadılar belə.Siz onlardakı bu özəllikləri ortadan qaldırmadan bu orduyla döyüşərək ancaq qılınclarının qurbanı olarsınız.

Savaşa gedən birinci öz nəfsi ilə savaşır, başqasının bağından bir gilə də üzüm qoparmır. Harama əl uzatmır. Savaşı qazanır.Savaşları halallıq qazanır.

Eləcə də savaşda, döyüş meydanında, döyüş meydanı ətrafında, yolda, aldığın kənddə, meşədə bir qadın gördüsə, ona heyvani münasibətlə yanaşmadan öz anası-bacısı kimi qoruyarkən əsgər əsgər olur, zəfər qazanır.Yoxsa, heyvandan bir fərqi olmur.Heyvanları bir-birindən erkək-dişi deyə ayırırlar, onların fərq əlamətləri budur.Sənin isə qadın və ya kişi olsan da adın insandır, fərq əlamətin insanlığındır.Sənin insanlığın öndədir.Bu da qadına münasibətdə daha aydın görünür.

Nə yaxşı ki, əsgərimiz Sultan Süleyman əsgəri kimi davranır.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir