Azərbaycan işğalçı Ermənistan üzərində tam qələbə qazandı
44 gün davam edən hərbi əməliyyatlarla Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu ordusunu darmadağın etdi: minlərlə canlı qüvvəsini, yüzlərlə hərbi texnikasnı məhv etdi.
Düşmənin 4 ilə işğal etdiyi ərazilərin böyük bir qismini Ordumuz cəmi 44 günə azad edildi: Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndləri.
44 gün ərzində, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu.
28 il sonra Şuşaya bayraq sancdıq. Noyabrın 8-də Azərbaycanın ürəyi Şuşa şəhəri işğaldan azad edildi. Necə deyərlər,” Şuşaya kimdədirsə, Qarabağa da onundur”. Hazırda Azərbaycan Qarabağa sahibdir.
Şuşa dərhal sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilmə müjdəsini verdi. Bu, hərbi əməliyyatlarda bir gündə azad edilən ərazilərin rekord sayıdır.
Şuşanın alınması ilə Ermənistanı tam tərk-silah edildi, onun bütün manevr imkanları çökdü, artıq ölkəni və dünya ictimaiyyətini aldatma taktikası i.’ yaramadı. Düşmənin ağ bayraq qaldıraraq tam təslim oldu.Bu onun son çarəsidir. Qələbəmiz xeyirli olsun.