21 Kasım 2024

Ədəbi orqanlarda,sosial şəbəkələrdə tez-tez rast gəldiyim imzalardan biri də istedadlı şair Allahşükür Ağadır. O şeirlərində yaratdığı obrazlarla, maraqlı süjet xətləriylə oxucuları heyrətləndirməyi bacaran qələm sahibidir.

    “Saatım min dəfə “bir” olub” şeirindəki,

           Sən demə o qızın gülüşü altda,

           Dünyanın yüz əsir soyuğu varmış.—deyimi necə də düşündürücüdür.”

 “Ləpir” şeirini oxuyanda, sanki bədii filmə baxmış kimi olursan. Hər misranı canlı görürsən.

             Axşam qoyub gəldiyim izlərimi,

             Səhər qarşılayıram,

             Demək,yaşayıram…. Gözəldir, vallah

Və ya  

             Bir balaca alagöz sərcə su içir

             Ayaq izlərindən……

Müəllifin bu şeiri adamın ürəyinə  sərçənin ayaq izlərindən içdiyi su kimi sərinlik gətirir.

 Onun  “Xatirələr” şeirində ,

                Körpə dodağında lalələr solub,

                Təzə sevgisindən sıxılır hələ,

Və ya

                Burda ürəyimiz yanaşı durub,

                Bu parkı salıblar xatirəmizə.

Obrazda gözəlliyə bax da…Sanki İki sevən ürəyə qoyulmuş xatirə heykəlidir bu şeir.

               Allahşükür Ağanın demək olar ki, bütün şeirlərində belə gözlənilməz poetik ifadələrə rast gəlmək mümkündür.

      “Kənd yollarındakı araba” şeirinə nəzər salaq.

            Bir araba yonca,

            Yol boyunca,

             Arxayınca

             Gedir,gedir,ləng gedir.

              Elə bil ki,kənd gedir….  

Bax, budur əsl poeziya nümunəsi. Şeiri oxuduqca, kələ-kötür kənd yollarında gedən arabanın təkərlərinin səsi də adamın qulağına gəlir…  Budur Allahşükür Ağanı başqa qələm adamlarından fərqləndirən cəhət. Belə poetik  tapıntılardır Allahşükür poeziysını oxuculara sevdirən.

      Müasir bədii ədəbiyyatımıza töhvədir Allahşükür Ağanın maraqlı süjetlərlə, qeyri-adi obrazlarla zəngin olan poeziyası….

          Şeir meydanında yolunu yaşıl işıqlar bəzəyən şair Allahşkür Ağanı qarşıda hələ çox uğurlar gözləyir. Necə ki, “Səs salmayın” şeirində dediyin kimi ,” Xəbər gözləyir nənəm, Çoxdandır dayanıb bir səsin nişanında” …. Oxucular Səni yeni şeirlərinin nişanında  gözləyirlər…Yolun açıq olsun, şair Allahşükür Ağa!

                                          Əlirza Həsrət                                 

Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir