03 Aralık 2024

ŞƏHİD ÜLVİ BÜNYADZADƏNİN A N DI



“Mən, Bünyadzadə Ülvi Yusif oğlu,

mən Mehrab, mən Xudayar, mən Mühüd, mən Turab, mən Xəlil, mən Ceyhun, mən Murad, mən Harun, mən Şahin, mən Ruslan, mən Qoşqar, mən İlqar, mən Cəbrayıl, mən Oruc, ………mən Azərbaycan gənci, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm;
bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağımın qürurdan,
qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsl-nəcabətimə, damarlarımda axan azərbaycanlı
qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına
olursa-olsun öz azərbaycanlı “mən”imi təsdiq edəcəyəm.
Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim.
İmza: B. ÜLVİ. 10.IX-89″.

20 yanvarı unutmadıq, unutmuruq.

İklim.az

2 thoughts on “AND

  1. ALLAH BÛTÛN ŞƏHIDLƏRƏ RƏHMƏT ELESIN AÎŞƏ XANIM SƏHIDLƏR HAQQINDA BU

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir