02 Temmuz 2024

1. Axmaqlara və dəlilərə yol verin.

2. Bir qadın istəyərsə – qayanı dəlib keçər.

3. Gedəni yoldan eləmə, gələnin qabağını kəsmə.

4. Sürət- fasiləsiz yavaşlıqdır.  

5. Pis insanın dostu olmaqdansa, yaxşı insanın düşməni olmaq yaxşıdır.

6. Adi insanlar olmasa böyük insanlar olmaz.

7. Kim yuxarı qalxmağı çox istəyirsə, o bir nərdivan tapacaq.

8. Ər və arvad bir əl və göz kimi olmalıdır: əl ağrıdığı zaman göz ağlayır, göz ağladıqda əllər göz yaşını silir.

9. Günəş haqlını tanımır. Günəş haqsızı da tanımır. Günəş işığını kimisə isitmək məqsədi ilə saçmır. Özünü tapan insan günəş kimidir.

10. Dəniz, kiçik çaylara xor baxmadığı üçün böyükdür.

11. O uzaq yol da yaxından başlayır.

12. İçki içən şərabın zərərlərini bilmir; içki içməyənsə, onun faydalarını.

13. Qılıncı ömründə bircə dəfə belə işlədəcəksənsə, onu daima belində gəzdirməlisən.

14. Gözəl çiçəklər yaxşı meyvə vermir.

15. Dərd, cırıq paltar kimidir, onu gərək evdə qoyasan.

16. Sevgi varsa, çiçək xorası da yanaqlardakı batıq (qəmzə) kimi gözəl olur.

17. Yataqda yatarkən heç kim büdrəmir.

18. Bircə xoş söz üç soyuq qış ayını isidə bilər.

19. Əgər bir problem həll edilirsə, bu barədə narahat olmağa ehtiyac yoxdur, əgər həll edilə bilmirsə, onda narahat olmağın heç bir faydası yoxdur.

20. Bir budağın şəklini çəkəndə küləyin nəfəsini eşitmək lazımdır.

21. Bir insandan şübhə edəndə əvvəlcə onu yeddi dəfə yoxla.

22. Bacardığın hər şeyi et, qalanları isə taleyə etibar elə.

23. Həddindən artıq dürüstlük axmaqlıqla sərhəddir.

24. Xoşbəxtlik insanların güldüyü (xoşgörülü) evə gəlir.

25. Qələbə, rəqibindən yarım saat çox dözənlərə verilir.

26. Bəzən yarpaq suda batır, daş isə üzür.

27. Gülən üzə ox atılmır.

28. Buz kimi çaya və soyuq düyü aşına dözmək olur, lakin soyuq baxışlar və soyuq sözlər dözülməzdir.

29. On yaşında – bir möcüzə, iyirmi yaşında – dahi, otuzdan sonra – adi bir insan olursan.

30. Düşünərək  qərar ver, qərar verdinsə daha düşünmə.

31. Soruşmaq bir dəqiqəlik ayıbdır, bilməmək isə bütün həyat boyu ayıbdır.

32. Mükəmməl bir güldan heç vaxt pis bir usta əlindən çıxmaz.

33. Bir az əyilməkdən çəkinmə, dikələndə daha da düzələcəksən.

34. Dərin çaylar səssizcə axır.

35. Öz iradənlə yola çıxdınsa, min dənə ri bir görünür.

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir