02 Temmuz 2024

Üstdə mavi göy çökmədikcə, altda qara yer dəlinmədikcə sənin dövlətini və törəni kim poza bilər.

Bu yazıtda danışan Bilgə Xaqandır. Yazıt,734-cü ildə ölən Bilgə Xaqanın anısına, 735ci ildə oğlu Tenri Xaqan tərəfindən dikilmişdir.

1. Tenqri (yaradan) təkdir.

2. Hər kim ki Tenqridən qut almaq dilərsə, başqasına yalvarmasın.

3. Bir dövlət, bir Xaqan, bir Tenqri.

4. Bir qına iki qılınc girməz. Bir xatun iki ər alammaz və bir millətdə iki töre olmaz. Töre təkdir. Törə qəti və kəskindir. Kim ki, törəyə uyar qutlanar. Kim ki, törəyə qıyar qatlanar.

5. Kimsə törədən üstün deyildir. Dirlik və birlik üçün törə budur.

6. Bir çoban sürüsündən, bir ər ailəsindən, bir Xaqan millətinə cavabdehdir.

7. Hər ər yoldaşına, atına, silahına sahib çıxacaq.

8. Ana- ataya və əcdada təzim ediləcək.

9. Qohumuna sarılacaq, qonşusunu qoruyacaq.

10. Ər kişi yalan söyləməyəcək.

11. Mal oğurlayan, mülk oğurlayan misliylə ödəyəcək. Hesabı ya malıyla, ya da canıyla bağlanacaq.

12. Kim ki, namusa göz dikərsə, canından olacaq.

13. Hər kim olursa olsun haqsız, aldatıcı iş tutarsa hesabı tez soruşulacaq.

14. Cəngdən uzaq duran, ya da qaçan tamuya (cəhənnəm) uçacaq.

15. Aman diləyənə qılınc çalınmayacaq, sığınana arxa dönülməyəcək.

16. Baş qaldıranın başı alınacaq, haq istəyənin haqqı veriləcək.

17. Özünü kimsə kimsədən üstün  tutmayacaq. Nə ağın qaradan, nə qaranın qırmızıdan, nə qırmızının sarıdan fərqi olmayacaq.

18. Kin və qürurdan uzaq olunacaq.

19. Məzluma mərhəmət, zalimə əzab duyulacaq.

20. Zəifə, yaralıya, uşağa və qadına əl qaldırılmayacaq.

21. Qızı istəyən xaqan da olsa, bəy də olsa qız istədiyinə veriləcək.

22. Gərəksiz yerə ağaç kəsməyəcəksən, suyu kirlətməyəcəksən.

23. Bilməyip də bildim deməyəcəksən, bilənə  genəşəcəksən.

24. Bu günün işini sabaha qoymayacaqsan.

25. Qüsur görməyəcək, qüsur aramayacaqsan.

26. Güçlü ikən əfv et, zəif ikən səbr et.

27. Alın yazına asi olma.

28. Etdiyin yaxşılığı unut, edilən yaxşılığı unutma.

29. Hər kəs ədalətlə iş görəcək.

30. Hər nə edirsən et, hesaba çəkiləcəyini  daim ağlında tut.

31. Millətinə laqeyd olma. İpəyin zərifinə, sözün gözəlinə aldanma, onlara boyanma.

32. Ey Türk Oğuz bəyləri, ey millətim eşidin. “Üstdə mavi göy çökmədikcə, altda qara yer dəlinmədikcə sənin dövlətini və törəni kim poza bilər.”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir