04 Temmuz 2024

Qardaş Türkiyədə yanğınlar hələ də davam edir.İyul ayının 28-də Manavqatda başlayan meşə yanğını ölkənin 38 vilayətinin 163 məntəqəsini əhatə edirdi. Antalya, Muğla, Adana, Mərsin, Osmaniyə, İsparta, Manisa  və digər yerlərdə baş verən dəhşətli yanğınların, avqustun 3-nə olan məlumata görə, 152-si artıq söndürülüb.

Verilən məlumata görə, son günlərdə Türkiyədə son 33 ilin ən isti temperaturu qeydə alınıb.Ancaq yanğınların miqyası bunun heç də sadəcə, təbii hadisə olmadığını göstərir.

İstənilən halda, Türkiyə, türk insanı, ölkənin təbiəti, heyvan və bitki aləmi olduqca böyük ziyan gördü.Yerli əhalinin evi, əşyası, malı-mülkü, mal-qarası yandı.  

Xilasedicilərdən həlak olanlar var.

Yanğın bəzi yerlərdə hələ də davam edir.

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir