Təbiətdə müxtəlif rənglər və onların çalarları o qədər çoxdur ki, bunların çoxunu yalın gözlə fərqləndirib seçə bilmirik. İnsan da təbiət kimidir. İstedadlı insanlar da göy qurşağı rəngində bir auraya sahibdirlər.Göy qurşağı rəngləri aydın, dumansız olan “təmiz rənglər” qrupuna aiddir. Bunlar tünd deyil, güclü, parlaq, şəffaf işıqlardır.Nadir görülürlər, bu işıq aurasına sahib olan insanlar öz bədənlərinin enerjiləri ilə işləyə bildikləri üçün şəfa vericidirlər.İnsan aurasında rənglərin müxtəlif çalarları var.
Parlaq günəş sarısı: güclü ruhsal dəyişmə ilə olayları daha yaxşıya yönəldir.Bu rəngdə aurası olan xeyirxahdır, istədiyini əldə edəcək güclü enerjisi var.
Ağımtıl solğun sarı: Bu ruhsal dəyişimə uğramışdır, özündən və hərəkətlərindən əmindir.
Yaşıla çalan sarı: Bir qədər qorxu və ya inamsızlıq yaşayır. Dəyəli bir şeyi, yaxud bir yaxınını itirməkdən qorxur.
Qəhvəyi sarı: Sənə aid olmayan bir məsuliyyətə görə yorğun hiss etdiyini göstərir.Bu, əsasən, ağır dərs yükü olan tələbələrdə, yaxud çətin xarakterli müdiriyyəti olanlarda olur.
Ağ aura.Tam ağ bir aura insanlar ruhsal bir duruma yüksəlməyə hazır olanda görülür ki, bu da güclü saflıq, təzəlik, təmizlik deməkdir.
Bənövşəyinin çalarları. Auranda bənövşəyi bir zolaq varsa, bu epifiz və hipofiz bezinin ruhsal enerjiyə nisbətən yüksək olduğunu göstərir. Demək, sinir sistemin böyük enerji sarsıntılarına dayancaq şəkildə yaradılmışdır. Aurandakı bənövşəyi çalar maddi dünyanın sənin üçün önəmsiz olduğunu və sənin başqalarının dəyişməsi üçün ilham və motivasiya verəcək gücdə olmağını ifadə edir.
Açıq bənövşəyi: İnsanlığa qarşı şəfqətli və sevgi bəsləyənsən, gələcək üçün böyük xəyallar qurursan.
Tünd bənövşəyi: Əsas düşüncən bu dünya deyil, digər mənəvi dünyalardır.Auranda indiqo (abı) rəngi varsa, mənəviyyatın çox yüksəkdir və buna görə çətinliklərlə üzləşə bilərsən.
Qırmızı çalarları. Qırmızı aura güclü və qatı rəngdir, çalarları fərqlidir.
Tünd qırmızı:Dünya nizamına möhkəm bağlısan. Bu, hər cür fiziki çətinlikdən və sağlamlıq təhlükələrinin öhdəsindən gələ bilirsən deməkdir.
Alov qırımızısı: Cəsur və enerjilisən.Bu auraya sahib olanlar şəhvətli, sevdalı, özünü təsdiq edənlərdir.
Qarşıq qırmızı: Qarışıq qırmızı qara ilə tünd rənglərin qarışığıdır. Qara qırmızı da deyilir, bu aura səni aşağı çəkən güclü mənfi duyğuların var deməkdir.Depresiv və əsəbi ola bilirsən.
Tünd çəhrəyı: Qırmızı və ya gül qırmızı, bu bütünlük və kamilliyin olmamasıdır.Mənəviyyatın yox həddindədir.Maddiyyat üçün mənəvi məsələləri unudarsan.
Açıq çəhrəyı: Əsasən zəiflər və ehtiyacı olanlar üçün şəfqətli və mehribansan.
Mavini çalarları: Auranın mavi olması təmizliyi, sakit bir ruhu, güclü sezgini və bağışlayıcı olmağı ifadə edir.
Parlaq tünd mavi: Səxavətli, gözəl qəlbli, anlayışlı və ruh üfiqi açıq olan insanların aurasıdır bu.
Tutqun tünd mavi: Güclü bir daxili idarəetmə, yaxud məsuliyyət hissiylə yanaşı həm də şübhəçi olduğunu göstərir.
Açıq mavi çalar: Güclü sevgin var və dürürstsən, həm də düşüncəlisən.
Qara aura: Müxtəlif mənalar ifadə edir.Ciddi bir fiziki xəstəliyin var.Böyük bir enerji blokundasan.İçində güclü qısqanclıq, qəzəb, küskünlük, intiqam hislərin var və sən onları gizlədirsən.
Ümidsizliyə düşmüsən.Beynində çox fərqli düşüncələr var, bu da sənə əzab verir. Qara auraya sahibsənsə mütləq təcili çarə qılmalısan.Mütləq ya bir aura təmizliyi və tarazlığı etməli, ya da psixi yardım almalısan.
Yaşılın çalarları: Bu aura rəngi şəfaçılarda, rəhbərlik və məsləhətçilik edənlərdə olur.Onlarda insan və heyvanlara güclü şəfqət hiss duyulur.
Tünd yaşıl: Kimsəyə hesab vermək istəməz.Bu aura sahibi sahiblənicidir və ən xırda şeylərdə qısqanclıq edər.
Parlaq yaşıl:Yaxşılaşma qabiliyyətin güclüdr.Sadəcə fiziki sağlıq deyil, həm də duyğusal sahədə də tez sağala bilirsən.
Maviyə çalan yaşıl: İnsnaları özlərini qorumaya çağıra bilərsən.Yəni, başqalarını düşdüyü ümidsizlikdən çıxara bilirsən.
Qızıl və gümüş: Bu hər iki rəngin müsbət mənaları var.Böyük müsbət ruh enerjisinin olduğunu göstərir.
Gümüşü aura-ruhsal qaynaqlara əlinin çatdığını, qızılı aura isə tühlikəsizlikdə olduğun,ruhani varlıqlar tərəfindən qorunduğun mənasına gəlir.
Hazırladı : İKLİM.AZ