Polşada yerləşən məşhur Əyri meşə hələ də öz sirrini qoruyur.
Təxminən 400 şam ağacından ibarət bu meşə Polşanın şimal-qərbindəki Qrifino adlı şəhərin yaxınlığındadır. Meşədəki ağaclar 90 dərəcə maili olaraq bitir. Meşəyə fərqli görünüş verən bu əyriliyin sirri hələ də açılmayıb. Əyri meşə ilə bağlı bəlkə də yüzlərlə əfsanə, müxtəlif fikirlər söylənsə də, hələlik ortaq bir fikir təsdiqlənməyib. Bəlkə geni dəyişdirilmiş toxumdan bitib, bəlkə günəşə yönəlmək üçün əyiliblər, bəlkə də Allahın bir möcüzəsidir, deyənlər var.
Polşadakı Əyri meşə 1930-1934-cü illər arasında Almaniyanın idarə etdiyi Pomerania bölgəsində 1,7 hektar sahədə salınıb və təxminən 8-10 ildən sonra naməlum səbəbdən 90 dərəcə meyl etməyə başlayıb. Deyilənə görə, hətta sonrakı illərdə yeni əkilən tinglər də bu şəkildə maili böyüməyə davam edir.
Bu ağacların hündürlüyü təxminən 15 metrdir; tədqiqatçıların fikrincə, bu yaşda ağaclar daha hündür olmalıdır. Əyri ağacları araşdıran alimlər ağacların bu cür əyriliyinin səbəbi əsla insan və ya maşın deyildir, deyirlər.
Əyri meşə haqqqındakı əfsanələrdən birində deyilir: Bir sehrbaz evini qorumaq üçün ətrafını, torpağı, ağacları sehirləyir. Bir gün bundan xəbərsiz olan bir odunçu odun qırmaq üçün bir ağaca balta vurduğu zaman meşədəki bütün ağaclar bir anda silkələnərək ona hücum ediblər.Odunçu qorxub qaçmış, ağaclar da elə o vaxtdan odunçuya yönəldikləri səmtdə əyri qalıblar.
Əfsanələr öz yerində, bəs ağaclar niyə əyri bitir?
İKLİM.AZ
Bəlkə həmin ərazidə maqnit anomaliyaları mövcuddur.