24 Kasım 2024

Tariximiz çox qanlar gördü, çoxunu unutdu, çoxu təkrarlandı. Düşmən gülləsinə çox sinələrimiz sipər oldu.

Bu qan 30 ildi unudulmadı, hər gün təzədi, hər gün axmağa davam edir. Bu yara qaysaqlamadı, çünki bu da bir arxadan vurulan zərbəydi, dost görünüb düşmən olan sinsiliyin təzahürüydü. Hələ də sovet yaxşıydı deyən zehinlər milli kimliyimizi tanımağa acizdir.

20 yanvar günahsız qanla tarixə bir səhifə yazdı, tarixə sübut etdi ki, yıxılsaq da, ölsək də yenə Vətən sağ olsun deyərək qalxa bilirik.

O gün də beləcə soyuq idi, indi yağış yağır, onda qardı, ilk dəfəydi ki, Bakıda qara sevinmirdik. Çünki qar qırmızıya boyanmışdı, qan damlalarından çiçəkləmişdi sanki. Hamı bir nəfər kimiydi, milli birliyin nə olduğunu dünyaya göstərdik. Biz istəyəndə tək vücud oluruq.

O gün başımıza güllə yağırdı, sözün həqiqi mənasında.Havada al qırmızı toplar-güllələr uçuşurdu və bu güllələr heç kimi tanımırdı, günahlı günahsız, uşaq böyük, cavan qoca, hamıya dəyirdi. O güllələrə tək cavab silahsız sadə xalqın hələ də ayaq üstə durmasıydı. Sinəsini qabağa verib tanka səndən qorxmuram, gəl tapdala keç deyəsi idi.

Bu 30 ildə nə dəyişdi? O gündən qərənfilin yas gülü adlanması dəyişmədi. Ruhumuz həmin ruhdur. Qarabağ tam olmasa da qaytarıldı,  azadlığı bir daha daddıq. 3000 şəhid verdik, torpağımızın hər qarışı qanla qazanıldı.Ayaq basmağa belə qıymırıq. İndi soyuq torpağın altında səsimizi eşidib onları xatırladığımıza məmnun olurlar. Ruhları şad olsun şəhidlərin. Uca ruhlular. Siz ucaldınız, milləti, xalqı ucaltdınız, biz sizi qəlbimizdə yaşadırıq. Unutmuruq. Daim bizimləsiniz, uca şəhidlər.

İKLİM.AZ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir