04 Temmuz 2024

1.KARAHİNDİBA

Sənan Sülünün bu kitabı sadəcə 3 hekayədən ibarətdir. Hekayələr yaşadığı dövrün sıxıntılarından bəhs edir. Eyni zamanda səhnələşdirilmiş olan bu hekayələr oxucular tərəfindən çox bəyənilmişdir. Çünki obrazlar dövrün xarakterini tam ifadə edir.

2. BANQIR BANQI EVDƏ FƏRDİ OYNAYIR.

“Bangır Bangır evdə Ferdi oynayır” kitabı Mahir Ünsal Erişin ilk hekayə kitabıdır. Müəllif ikinci “Olduğu qədər gözəl idik” hekayə kitabı ilə 60-cı Sait Faiq Hekayə mükafatına layiq görülüb. Kitabda nostalji dünyasından keçən yerlər və personajlar o dövrün gözəlliyini xatırladır, olaylarını gözəl və təfərrüatlı şəkildə danışır.

3.VAPURLARA KÜSMƏK

Türkər Ayyıldızın nəşr olunan ilk hekayə kitabı olan “Vapurlara küsmək” 2011-ci ildə Orxan Kamal Hekayə Mükafatına layiq görülüb. Kitabda yazılanlar gerçək həyatda baş verənlər və yazarın öz dünyasında görüb yaşadıqlarıdır.

4.TEKME TOKATLI ŞEHİR REHBERİ

Bu kitab, Mövsüm Yenicənin nəşr olunan ilk kitabıdır. İçindəki hekayələr adı kimi maraqlı və oxunaqlıdır. Hər hekayə bir sonrakını oxumaq üçün stimul verir.

5.DƏRDİN İNCİNMESİN

“Dərdin İncinməsin” Mustafa Ormanın ilk nəşr olunan hekayə kitabıdır. Daha əvvəl müxtəlif jurnallarda hekayələri dərc olunan Orman, adı kimi dərdlərindən yoğrulan hekayələr yazır. Həyatın müşküllərindən bəhs edən hekayələr dövrün aktual mövzularını ələ alır.

6.ÇƏRÇİALAN

Qəmzə Arslanın bu kitabı da mükafat alan hekayə kitablarındadır. “Çərçialan “2016 Yaşar Nəbi Nayır Hekayə mükafatına layiq görülüb. Qəmzə Arslanın dilinin səlisliyi hekayənin gerçək olduğunu düşündürür.

7.BƏLKƏ BİR GÜN UÇARIQ

Aylin Balboanın qısa hekayələrdən ibarət “Bəlkə bir gün uçarıq” kitabı həyatın çətin anlarından bəhs edən hekayə kitabıdır. Heyrətləndirən, gülümsədən, anlaşılmaz duyğuların təsvir edildiyi hekayələr maraqla qarşılanmışdır.

8.BU YAĞMUR BİR YAĞSA

Kamil Erdəmin ilk nəşr olunan “Bu Yağmur bir yağsa” kitabı səssiz pıçıltıların toplandığı bir hekayələr kitabıdır.Bu kitabda hər oxucunun özünü gördüyü məqamlar var.

9.ATLARI BAĞLAYIN GECƏYİ BURADA KEÇİRƏCƏYİK

Melisa Kəsməzin yazdığı bu kitabdakı hekayələr yaşadığımız dünyaya mehribanlıq və gözəllik bəxş edir.Dili mülayim, özü səmimi yazılarla davam edir.

10.MÜXTELİF EVHAMLAR KİTABI

Ömür İqlim Dəmirin yazdığı bu əsər 29-cu Haldun Taner Qısa Hekayə mükafatına layiq görülüb. Bu hekayələr müəllifin yazıda öz dünyasını və öz dilinin olması ilə seçilir. Kitab bizə bizdən kənar hər şeyin hekayələrini danışır .

11.KIRQIN ANLATICI

“Qırğın anlatıcı”, Caner Almazın nəşr olunan ilk hekayə kitabıdır. Yazar bu hekayələrdə dilin yeniliyi və imkanlarından yaxşı isitifadə etmişdir və bu yöndə uğurlu sayıla bilər.

12. SAHİDƏN HEKAYƏ

Roman və şeirlərindən tanıdığımız Kamal Varolun ilk hekayə kitabıdır. “Sahidən Hekayədə” fərqli bir gedişatın mümkün olduğunu vurğulayır və hekayələrindəki mövqeyi ilə bu həqiqəti sübut edir.

İKLİM.AZ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir