Bir neçə ildir ki, dünya bir çalxalanma içindədir, fəlakətlər, xəstəliklər, savaşlar, qan-qada səngimir. Dünyanın bu durumu ilə bağlı Hopi lideri Ağ Qartalın mövcud vəziyyətdən çıxmaq üçün olan məsləhətlərini sizə təqdim edirik.Hopi lideri Ağ Qartal bütün insanlara belə məsləhət verir:
“Hal-hazırda bəşəriyyətin yaşadığı bu anı bir qapı və ya bir dəlik kimi görmək olar. Bu dəliyə düşmək və ya bu qapıdan keçmək qərarı sizin ixtiyarınızdadır. Əgər hər gün dayanmadan mənfi enerji ilə, sərtlik və gərginliklə xəbərlər əldə edirsinizsə, sizdə yaranan bu bədbinliklə bu dəliyə düşəcəksiniz.
Amma fürsətdən istifadə edib dönüb özünüzə baxsanız, həyatı və ölümü yenidən düşünsəniz, özünüzün və başqalarının qayğısına qalmağa fürsət versəniz bu portaldan keçəcəksiniz.
Evinizin qayğısına qalın, bədəninizə qulluq edin. Ruhani evinizlə əlaqə saxlayın. Özünüzə qulluq edərkən eyni zamanda hamının qayğısına qalırsınız.
Bu böhranın mənəvi ölçüsünü kiçik görməyin. Hər şeyi yuxarıdan daha ətraflı görən qartalın görmə qabiliyyətini əldə edin. Bu böhranda sosial bir tələbat varsa, həm də mənəvi bir tələbat da var. Bunların hər ikisi əl-ələ verib gedər. Sosial ölçü olmasa biz fanatizmə düşərik. Mənəvi ölçü olmadıqda isə biz pessimizmə və qorxuya, narahatlığa düşərik. Siz bu böhrandan çıxmağa hazırsınız. Alət qutunuzu (yəni, bütün bacarıqlarınızı səfərbər edin-tərcüməçi) götürün və ixtiyarınızda olan bütün alətlərdən istifadə edin. Hind və Afrika xalqlarının timsalında müqavimət göstərməyi öyrənin: biz məhv edilmişik və hələ də məhv edilirik. Amma biz heç vaxt mahnı oxumaqdan, rəqs etməkdən, ocaq yandırmaqdan, əylənməkdən əl çəkmədik. Bu çətin anlarda yaxşı hiss etdiyiniz üçün özünüzü günahkar bilməyin. Peşman və qəmli olmaq heç nəyə kömək etmir. Sevinmək yolu da müqavimətdir!
Güclü və pozitiv olmağa haqqınız var. Bunu etmək üçün isə gözəl, xoşbəxt və parlaq bir mövqe tutmaqdan başqa bir yolunuz yoxdur.
Bunun özgələşməyə (dünyadan xəbərsizliyə) heç bir aidiyyəti yoxdur. Bu, bir müqavimət strategiyasıdır.
Qapıdan içəri girdikdə qorxularımız və çətinliklərimizlə üzləşdiyimiz üçün artıq dünyaya yeni bir baxışımız olacaq. İndi zamandan yararlanmaqla sizin edə biləcəyiniz budur:
- Fırtınada rahatlıq
- Sakit olun, hər gün dua edin.
- Hər gün eyni vərdişlə müqəddəs olanla görüşməyə alışın.
- Xoş niyətlə yaxşılıq saçın. İncəsənət, sevinc, inam və sevgi vasitəsilə dözüm göstərin.
HOPİ lideri AĞ QARTAL
2020
İKLİM.AZ