Xalqımız bir çox soyqırımları yaşamışdır. Bunlardan biri – Mart soyqırımı və ya Mart hadisələri adı ilə bilinən bu qanlı hadisə — 1918-ci ilin 31 mart və 5 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə baş vermişdir. Bu hadisələrdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələri dinc əhaliyə, məhz azərbaycan türklərinə qarşı qanlı qırğınlar törətmişlər.
Təxmini hesablamalara görə, Mart soyqırımı zamanı Bakıda 15–20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər vəhşicəsinə öldürülmüşdür. Digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir rayonlarında da qırğınlar törədilsə də, bu qırğınlarda öldürülən insanların sayı dəqiq bilinmir.
Bu qanlı günlərdə öldürülən insanlarla yanaşı şəhərdə bir çox tarixi tikili ziyan görmüşdür.Bunlar:
Nikolayevsk küçəsindəki “Kaspi” qəzetinin redaksiya binası, Müsəlman Хeriyyə Cəmiyyətinin “İsmailiyyə” binasının şərq tərəfi, “Dağıstan” mehmanхanasının yerləşdiyi, Bazar küçəsindəki Хanlarovun evi, Bazar küçəsindəki keçmiş “İsgəndəriyyə” mehmanхanasının binası, Bazar və Qubernski küçələrinin tinindəki “İslamiyyə” mehmanхanası dağıdılmışdır. Top atəşi nəticəsində Təzəpir məscid binasının cənub tərəfi zədələnmiş, həmin binanın şərq hissəsi və Şah məscidi minarəsinin şərq tərəfi zədələnmişdi.
Atəşə tutulan və dağıdılan binaların olduğu ərazilərdə əsasən azərbaycan türkləri yaşayırdı.
Bu xalqımızın ermənilər tərəfindən bilinən, tarixə düşən soyqırımıdır.Ucqar və digər kəndlərdə, orda-burda toplu öldürülən, tarix kitablarına düşməyən, sayı bilinməyən daha nə qədər soyqırımlar yaşamışıq ki, unudulub gedib.
Bu tarixləri unutmayaq, düşmənimizi tanıyaq, söyqırımlar bir daha yaşanmasın.
Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
İKLİM.AZ