21 Kasım 2024

Notosun 5-ci böyük araşdırması çağdaş türk ədəbiyyatının 100 ilə yaxın bir tarixdəki dəyərlərini əks etdirir. 181 müəllifin seçimi ilə canlı ədəbiyyatımızın tendensiyası güclü şəkildə ortaya qoyulur. Çağdaş Türk ədəbiyyatında ən yaxşı 40 şey seçilmiş. Bu, müsbət dəyərlərlə türk ədəbiyyatı haqqında tam bir təsəvvür yaradır.

  1. Ədəbiyyat üzrə Nobel mükafatının Orxan Pamuka verilməsi

Orxan Pamukun 2006-cı ildə Ədəbiyyat üzrə Nobel Mükafatını alması onun haqqında bir sıra ziddiyyətli müzakirələrə səbəb oldu.  Lakin bu hadisə böyük əhəmiyyət kəsb edirdi. Araşdırmamıza verilən cavablar arasında bunun birinci yeri tutması Ədəbiyyat üzrə Nobel mükafatının dəyərindən çox, onun ədəbiyyatımıza gətirdiyi müsbət proses önəmlidir.

2. Nazim Hikmət

Çağdaş türk poeziyasının banisi Nazım Hikmət poeziyamızı ənənəvi divan və xalq şeiri çərçivəsindən çıxararaq azad dövrə, sosialist düşüncəyə gətirdi. Şeirləri ölkə hüdudlarını aşaraq, dünyanın hər yerinə gedib çatdı. Onun adı dünya poeziyasının böyükləri sırasında çəkildi. Şeirləri, hər şeydən əvvəl, xarakterli şəxsiyyəti ilə onun azad ruhunun simvoluna çevrildi. O, uzun illər nahaq yerə həbs ediləndə də, şöhrəti yer üzünü bürüyəndə də eyni adam oldu.  

3.İkinci yeni

 Biz çox vaxt yenilikləri sonradan başa düşürük. İkinci Yeni bunun parlaq nümunələrindəndir. Dövrün hakim ədəbi anlayışı və ictimai şərtlərindən biri idi. İkinci Yeni, Qəribdən sonrakı böyük parçalanma, Cümhuriyyət dövründəki ən əhatəli poeziya formalaşmasıdır. Onu toplumçu olmamaqda günahlandırırdılar, lakin 1960-cı illərdən sonra o şairlərin çoxunun toplumçu olduğu görüldü.Cəfəng şeirlər yazırlar dedilər, amma ənənəvi poeziya anlayışına yeni forma və dil gətirdi.   Sonra məlum oldu ki, çağdaş türk poeziyası ona çox şey borcludur .Poeziyamızın böyük ustadlarının çoxu İkinci Yenidən keçdi.

4 Sait Faiq Və Aləmdağda İlan Var

Sait Faiq heç bir yerə bağlı olmadan, özlüyündə böyük yaradıcıdır. Bu gün ən çox oxunan yazarlarımızdan biridir. O, ədəbiyyatımızdakı məlum nəsr anlayışını alt-üst etdi. Təsiri hələ də aktualdır. Əgər yaxşı tərcümə olunsaydı, dünyanın ən məşhur hekayəçilərindən olardı. O, sosial problemlərin hökmranlığı altında ilişib qalmağa başlayan hekayə və romana tamamilə yeni bir dünya gətirdi. Çoxlarının fikrincə, çağdaş türk ədəbiyyatının ən böyük hekayəçisidir

5 Oğuz Atay və “Tutunammayanlar”

Oğuz Atay yenilikçi yazıçıdır.  Ədəbiyyatda hər bir yenilikçi əsər dərhal mənfi reaksiya doğurur.  1971-ci ildə “Tutunammayanlar” çıxanda mənfi rəylər müsbətlərdən çox idi.   Sonra bu əsərə  birdən-birə marağın artmasının bir səbəbi də mütaliə mədəniyyətinin səviyyəsi idi. Artıq başa düşülürdü ki, ədəbiyyatı ədəbi olmayan qayğılarla qiymətləndirmək düzgün deyil. “Tutunamayanlar” çağdaş türk romanının dönüş nöqtələrindən biri oldu.  

6 .”Varlıq” dərgisi

“Ölkədə bir dənə də olsun həqiqi sənət jurnalı yoxdur. İnqilabın hər sahədə yoxdan varlıqlar yaratmağa başladığı bir zamanda, hiss olunan bu boşluğu doldurmaq, bir ehtiyaca cavab vermək lazımdır ki, bu səbəbdən “VARLIK” çıxır”. 1933-cü ilin iyulunda Yaşar Nəbi Nayır bu sözlərlə “Varlğ”ın ilk sayını təqdim etdi. Bu ədəbi jurnalın ölkənin ən çətin şəraitlərində də çıxaraq bu günə qədər gəlib çatması özlüyündə onun böyük uğurudur.

7. Həsən Əli Yücəl və MEB Tərcümə Bürosu

Həsən Əli Yücəlin 1938-ci ildə Maarif Nazirinin müavini olduqdan sonra başlatdığı tərcümə hərəkatı  ilə  qurulan Tərcümə Bürosu tərəfindən türk dilinə gətirilən klassiklər ölkənin intellektual və mədəni həyatını dəyişdi. 1940-cı il mayın 19-dan sonra ayda iki dəfə çıxan “Tərcümə jurnalı” nəşr olunmağa başladı. Həsən Əli Yücəlin bu tərcümə kompaniyası Cümhuriyyət dövründə ən yadda qalan islahat hərəkatlarından biridir.

8. Yaşar Kamal

Yaşar Kamal möcüzəsini təkcə onun Çukurovanın quraq torpaqlarında çıxmasına bağlamaq olmaz. O Anadolu türklərinin dilinin zənginləşməsinə verdiyi töhfələrə görə adını tarixə həkk etmişdir. Dünya dillərinə tərcümə edilərkən dünyanın ən böyük romançılarından biri olduğu görüldü.  Onun yaradıcılığının unikallığı  danılmazdır.   

9. Əhməd Həmdi Tanpınar

Əhməd Həmdi Tanpınarın dəyəri gec dərk edildi. Çünki romanlarını dövrünün ədəbi mədəniyyəti düzgün anlaya bilmədi. 1980-ci illərdən sonra Tanpınarın yazılarının roman sənətimizdə modernizmin ən mühüm nümunələrindən olduğu anlaşıldı.  

10. 1950-ci il nəsil hekayəçiləri

1950-ci illərin əvvəllərində ədəbiyyatımızda Sait Faiq, Orxan Kamal, Səbahəddin Əlinin hekayələri, Mahmut Makalın “Bizim köy” (1950) romanı ilə başlayan kənd ədəbiyyatı üstünlük təşkil etməyə başladı. 1950-1960-cı illər arasında Türkiyədə “hekayənin qızıl dövrü” olaraq xarakterizə edilən hekayələr yazıldı. Br çox yazıçı keçmişin anlaşılmasına qarşı çıxsa da, Orhan Kamal və Sait Faiqdən çox təsirləndilər.   Bəziləri tərəfindən “depressiya ədəbiyyatı” kimi də ittiham edilən 1950-ci illər nəslinin müəllifləri fərdin daxili aləmini əvvəlkindən daha dərin bir şəkildə əks etdirmişlər.

11. Qərib cərəyan

Qərib Cərəyanı poeziya sənəti ilə bağlı məlum həqiqətlərin əksinin də doğru ola biləcəyini göstərməklə türk poeziyasına sonsuz bir azadlıq məkanı açdı. Bu cərəyanın simvolu olan üç şairin (Orxan Vəli, Oqtay Rıfat, Melih Cevdet Anday) təkcə böyük şair deyil, həm də böyük ömürlər yaşamış parlaq insanlar olması bu hərəkatın zəngin mədəniyyətə sahib olduğunu göstərir. Qərib cərəyanından sonra artıq poeziya- şeir əvvəlki kimi yazıla bilməzdi. Nazım Hikmət-Qərib-İkinci Yenidən ibarət çağdaş poeziyamızın üç böyük yenilik cərəyanından bəlkə də ən mühümüdür. Qərib cərəyanı olmasaydı, şeirimiz Əhməd Haşim-Yəhya Kamal xətti ilə, Simvolik-Bodler xətti ilə davam edə bilərdi.

           12. Can yayınları

1981-ci ildə Erdal Öz “Can” Nəşriyyatını quranda Türkiyədə 100-ə yaxın nəşriyyat var idi. Can nəşriyyatı o illərin fəal nəşriyyatlarından biri olmağa, eyni zamanda özünəməxsus kimlik qazanmağa çalışdı. Çox qısa müddətdə hər ikisinə çatdı. “Can Yayınları”nın  mühüm xüsusiyyəti, bu uğura yalnız ədəbiyyat kitabları çıxarmaqla nail olmasıdır.

13. Orhan Pamuk

     1980-ci illərin əvvəllərində görkəmli gənc romançılardan biri olan Orhan Pamuk, “Cövdət bəy və oğulları” romanı ilə böyük maraq gördükdən sonra yeni axtarışlara başladı. O, “Ağ Qala” ilə onu dünya şöhrətli yazıçı edən digər romanlar arasında körpü yaratdı. “Qara kitab”, “Yeni həyat” və “Mənim adım qırmızı” kitabları ədəbiyyatımızda postmodern romana yol açdı. Bu romanlar, romanın ala biləcəyi yeni formaların mühüm nümunələri oldu.  

14 .Yapı Kredi Nəşrləri

       Yayım karyerasına 1992-ci ildə Enis Baturun redaktorluğu ilə Koqito seriyasından Mişel Fukonun “Dərs Xülasələri” və ədəbiyyat seriyasından Samuel Bakettin “Hekayə Sırasında” kitablarını nəşr etməklə başlayan Yapı Kredi Nəşrləri, nəşriyyat anlayışının yenidən formalaşdırılmasına əhəmiyyətli töhfələr verdi.  

15. Bilgə Qarasu

       Dərin intellektual məzmun, dildə bənzərsiz açılışlar, ustalıqla uydurulmuş hekayələr və romanlar, türkcəyə olan həvəs… Bunlar Bilge Karasu haqqında danışmaq üçün əsas verən özəlliklərdir .

16. Yeni Dərgi və De Nəşrləri

       Memet Fuat 1960-cı ildə tərcümə etdiyi kitabları çap etdirməyə münasib nəşriyyat tapa bilmədiyi üçün Mətin Yasavulla birlikdə “De” nəşriyyatını qurdu. Çağdaş türk ədəbiyyatının modernist sıçrayışlarının üst mərtəbələrinin inşasına “De” nəşriyyatı və “Yeni Dərgi” böyük töhfələr verdi.

17. Türk Ədəbiyyatını Xarixdə Tanıtma (TEDA) Layihəsi

        Cümhuriyyətin qurulması ilə tarixə düşə bilən müasir türk ədəbiyyatı özlüyündə mühüm çevrimələrə məruz qalsa da, uzun illər xaricə açılmada problemlər yaşanıb. Bu problemin aradan qaldırılması üçün təşəbbüslərdən biri də Mədəniyyət və Turizm Nazirliyinin, qısaca TEDA adlandırdığı layihədir. Türk Ədəbiyyatının xaricdə tanıdılması   (TEDA) məqsədi ilə 2005-ci ildə fəaliyyətə başlayan layihə çərçivəsində tərcümə və nəşrə dəstək fəaliyyətləri həyata keçirilib.  

18. Yusuf Atılqan və Anayurd Oteli

   Yusuf Atılqan ilk dəfə 1973-cü ildə işıq üzü görən “Anayurd Oteli” ilə əvvəllər işlədiyi psixoloji yadlaşma və tənhalıq mövzularını ustalıqla işləyən bir yazıçı kimi türk ədəbiyyatındakı yerini möhkəmləndirdi. Əyalət-mərkəz ikiliyinin yaratdığı gərginliyi, eləcə də kiçik bir şəhərin məhdud dünyasının boğucu dilemmalarını dilə gətirən bu əsər, hətta “anti-roman” kimi qələmə verilmişdir. Həyatın absurdluğunun intensiv şəkildə üzə çıxdığı “Anayurd Oteli” romanı əsasında 1987-ci ildə Ömər Kavur tərəfindən eyni adlı film çəkilib.

19. Ədəbi jurnalların müxtəlifliyi

Bir ədəbiyyatın dünyaya açılan, onu təmiz hava ilə təravətləndirən pəncərələri jurnallardır. Sərvəti- Fünundan başlayıb “Varlık” jurnalı, sonra Adam Sənət, Adam Öykü, “Kitablıq”,  Yeni Maqazin, Yeni Üfiqlər və ya Yeni Addımlar kimi aktiv dərgilərin adı çəkilə bilər. Ölkə üzrə 250-yə yaxın ədəbi jurnal nəşr olunur. Təəssüf ki, ölkə miqyasında yayılan və satılanların sayı azalıb.  

20. Enis Batur

        Enis Batur haqqında fikirlər çox fərqlidir. Ədəbiyyatı ifrat dərəcədə qəbul etdiyinə görə çox vaxt qəribə görünüb. Heç kəsin görmədiyi yerdə onun ədəbiyyatı görmə anlayışı çox unikaldır. Yüzdən çox kitabı var. Şair, esseist, romançı və s…. bir çox ədəbiyyat adamı kimi jurnal buraxmaq həvəslisidir.   “Opera” adlı şeirlər və “Transfiqurasiyalar “adlı esse kitabı  adı çox çəkilənlərdəndir.

(davamı var)

Hazırladı: İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir