“Aydınlığa doğru“ İB-nin mətbuat xidmətinin verdiyi məlumata görə, “Aydınlığa doğru” milli mənəvi dəyərlərin qorunması və “Damla” az təminatlı ailələrə qayğı ictimai birliklərinin birgə hazırladıqları “H.Z.Tağıyevin həyat məktəbinin gənclər arasında təbliği” layihəsi çərçivəsində müxtəlif ali məktəblərdə tələbələrlə silsilə görüşlər keçirildi. Bu görüşlərdə maarifçi xeyriyyəçi H.Z.Tağıyevin örnək həyatından, onun milli dəyərlərə və təhsilə böyük önəm verməsindən, pulu bir büt kimi görməməsindən söhbət açıldı.
Azərbaycan İlahiyyat institutunda, Xəzər, Biznes,İqtisad, Memarlıq və İnşaat, Texniki universitetlərdə keçirilən tədbirlərdə ali məktəblərin nümayəndələri, Aydınlığa doğru” İB-nin sədri Solmaz Əmirli, Damla” az təminatlı ailələrə qayğı İB-nin sədri Nigar Abdullayeva, tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, İslam bankçılığı üzrə beynəlxalq ekspert Anar Yusufzadə, Herba Medikal klinikasının baş həkimi Səfərbəy Səfərbəyov, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, İqtisadi Araşdırmalar və Tədris mərkəzinin prezidenti Radil Fətullayev, telejurnalist Lalə Əliyeva və digərləri iştirak edərək Tağıyev haqqında faktları və düşüncələrini tələbələrlə bölüşdülər.
Universitetlərdə Tağıyev ənənəsini davamı olaraq Tağıyev klubu və tələbələr arasında yardımlaşma fondu yaratmaq təklif olundu.
Hər görüşdə Tağıyev haqqında çəkilmiş sənədli film nüayiş etdirildi və kiçik bir müsabiqə keçirildi.Qaliblər layihənin sonunda keçiriləcək yekun müsabiqəsində iştirak edib mükafatlandırılacaqlar.
Layihənin davamında apreldə Ekologiya və Təbii sərvətlər nazirliyinin ayırdığı ərazidə tələbələrin ağacəkmə aksiyası keçiriləcək və salınan meşə zolağına Tağıyev seyrangahı adı veriləcək.
Layihə çərçivəsində bölgələrin ali məktəb və filallarında da tədbirlər keçirmək planlaşdırılır.
Bu layihə H.Z.Tağıyevi tanıtmaqla yanaşı gənclərdə milli dəyərlərə münasibətin və yardımlaşma təfəkkürünün formalaşmasına maarifləndirici dəstək oldu.
İklim.az