04 Temmuz 2024

* Gördün ki, olmur, görmə.

*Sevgi sandığın qədər deyil, yandığın qədərdir.

* Ən böyük  vaxt oğrusu qərarsızlıqdır.

*Nöqtə qədər mənfəət üçün vergül qədər əyilmə.

*Savaş üçün pulu var, amma acları doyurmağa çatmır.

* Ən qulaqbatırıcı səs ağrı çəkən bir qadının susqunluğudur.

*Uğur istədyini əldə etmək, xoşbəxtliksə əldə etdiyini sevməkdir.

*Xoşbəxt olmaq da, olmamaq da düşüncə tərzinə bağlıdır.

*Bəlkə də uğur insana çox şey öyrətməz, amma uğursuzluq çox şey öyrədər.

*Özünüzü heç kimə anlatmağa çalışmayın, çünki hər kəs sizi istədiyi kimi görür.

* Əsl dost  xətalarına görə dostunu tərk edən deyil, dostluğun xatirinə xətalarını tərk edəndir.

*Ey könül, sən sən ol da kimsənin könlünü qırma.Tikanın ucuna çıx da, ədəbdən kənara çıxma.

*Axtardığını tapmaqdan çox, tapdığının qiymətini bil.

*Mərifət nəfsi silmək deyil, bilməkdir.

*İnsanın beyni dolduqca başı aşağı əyilir, çox dikbaşlı olanların çoxu bilgisizlikdəndir.

*Nəşəli anında kiməsə vəd vermə, hirsli anında da kiməsə cavab vermə.

*Hər əliini sıxanla dost, hər canını sıxanla düşmən olma.

*Özünü o qədər də böyük görmə, ən çox sevə bildiyin qədərsən.

*Xoşbəxtliyini hamıyla paylaşa bilərsən, amma dərdini özəl insanlara deyərsən.

*Üzümüzün və gözlərimizin rəngi nə olursa olsun, gözyaşlarımız eyni rəngdədir.

*Yağan qar dənələri nə gözəl göstərir: bir-birinə zərər vermədən  yol getmək belə asandır.

*Mükəmməl insan axtarma, ehtiyacın olan adam, sənə sahib olduğu üçün özünü xoşbəxt hiss edən adamdır.

*Kimsə arxandan danışırsa, demək onun qabağındasan.

*Bir şeyi unutma: sən unutmadıqlarının çoxdan unutduğusan.

*Gülümsə. Çünki gülümsəmək dostuna ən yaxşı mükafatın, düşməninə isə ən  böyük zərbəndir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir