QAZİLƏRİMİZƏ QARŞI MƏMUR ÖZBAŞINALIĞI DAVAM EDİR.GET- GƏLƏ SALINAN DAHA BİR QAZİMİZİN ŞİKAYƏT MƏKTUBUNU TƏQDİM EDİRİK.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dəfələrlə müxtəlif iclaslarda, görüşlərdə, çıxışlarında bildirb ki, məmurlar vətəndaşlara qarşı süründürməçiliyini, biganəliyini, özünü ağa kimi aparmağını bir tərəfə qoymalıdır. Üstəlik, bu vətəndaş Qarabağ əlili ola və ona qarşı rəsmi dairələrə hər cür müraciətdən sonra soyuqluq, vurdumduymazlıq, biganəlik nümayiş etdirilə, bu ikiqat cinayətdir, bağışlanılmazdır.
Novruzov Məhəmməd İlyas oğlu İkinci Qarabağ müharibəsində könüllü döyüşənlərimizdən biridir. O da digər əsgərlərimiz kimi torpaqlarımızın erməni faşistlərinin işğalında qalmasına heç cür razı olmayaraq cəbhəyə yollanıb. Bu davranış və hərəkətini isə minnət deyil, özü üçün şərəf bilir. Vətən qarşısında imkanı daxilində hər bir kəsin bu addımı atmalı olduğunu dilə gətirir. Ancaq 44 günlük şərəfli mübarizəmiz Qələbəylə bitdikdən sonra geri dönən Məhəmməd dinc həyatda yaşamaq uğrunda gerçək bir mübarizə aparır.
O, 28 sentyabr 1997 -ci ildə Ucar rayonunda doğulub. İşsizlikdən əzab əziyyət çəkən qazimiz, bu imkansızlıq ucbatından həyatının gələcəyini təsəvvür edə bilmir. Belə bir vəziyyətdə necə evlənib ailə-uşaq sahibi olmaq mümkündür?
Məhəmmədin valideynləri sağdır və təəssüf ki, onlar da işsizdirlər. Himayəsində isə iki bacısı da var.
Müharibədən sonra iş üçün rayonun FHN -nin Dövlət Yanğından Mühafizəsi Xidmətinə dəfələrlə müraciət edib. Ondan tələb olunan bütün sənədləri 1 il əvvəldən təqdim etməsinə baxmayaraq, ona heç bir müsbət cavab verilməyib.
Qazinin dediyinə görə, indiyə kimi ətrafında tanıdığı onlarla adamın işə düzəlməsinə baxmayaraq, nəyə görə onun müraciətinə baxılmadığının cavab yoxdur.
Rəsmilərin bu susqunluğunu nəzərə alaraq onlara bir daha müraciət edən Məhəmməd qeyd edir ki, əsas səbəb kimi göstərilən DTX-ya şikayətindən sonra, FHN-dən onunla maraqlansalar da, hələ də heç bir addım atılmır.
Beləcə vaxt gedir, ömür irəliləyir. İnsanlar olan-qalan ümidlərini də itirirlər. Hər cür potensiala sahib olan bir ölkədə məmur özbaşınalığı, süründürtməçiliyi və etinasızlığı ucbatından haqqın olana sahib olma haqqını əlindən alırlar, heç bir arzunu- istəyini reallaşdıra bilmirsən. Bütün gerçəkləri bir yana qoyuram, insan heç bir maddi gəliri olmadan necə dolana, yaşaya bilər ki?
Ucar şəhəri, D,Qorqud küçəsi, ev 5, mənzil 11.-də yaşayan İkinci Qarabağ qazisi Novruzov Məhəmməd İlyas oğlu dəfələrlə DTX-ya, Heydər Əliyev Fonduna (Mehriban xanım Əliyevaya) teleqram vurub. Ancaq adamı canından bezdirən odur ki, qazimizin işsiz qalmasına şərait yaradan elə yerli icra orqanlarının özüdür.
İklim.az