21 Kasım 2024

Türklərin ən qədim Konstitusiyası-Anayasası Bilge xaqan qanunlarıdır.  Bilge xaqan qanunları   Monqolustanın Qaraqorum şəhərindən 60 km. aralıda yerləşən Bilgə xaqan və onun qardaşı Kültiginin kitabələrində həkk olunmuşdur.   Buna “Türk törəsi” deyirlər. Bu daş kitabə Bilgə xaqanın ölümündən bir il sonra (735) oğlu Tenqri xaqan tərəfindən dikilmişdir.

1. Tenqri (yaradan) Təkdir.

2. Tenqridən qut almaq istəyən başqasına dua etməsin (yalvarmasın).

3. Bir  Dövlət, bir Xaqan, bir Tenqri

4. Bir qına  iki qılınc sığmaz. Bir qadının iki əri olmaz, bir xalqın iki qanunu olmaz. Qanun birdir. Qanun dəqiq və kəskindir. Kim qanuna uysa qutlu olar. Kim qanunu pozsa dözməli olar.

5. Heç kim qanundan üstün deyil. Dirlik və birlik üçün qanun  budur.

6. Bir çoban sürüsünə, bir ər ailəsinə, bir xaqan dövlətinə cavabdehdir.

7. Hər kişi arvadına, atına və silahına sahib çıxacaq.

8. Valideynlərə və əcdadlara hörmət göstəriləcək.

9. Qohum-əqrəbaya yaxınlıq edəcək, qonşuya qayğı göstərəcək.

10. Yaxşı adam yalan danışmaz.

11. Mal oğurlayan, mülk oğurlayan ikiqat ödəyəcəkdir. O, ya malı ilə, ya da canıyla hesab verəcək.

12. Kim bir namusa toxunarsa, canını verəcək.

13. Kim olursa olsun, haqsız və ya aldadıcı iş görərsə dərhal cavab verəcək.

14. Savaşın yanında duran və ya qaçan hər kəs Tamuya (cəhənnəm)  uçacaq.

15. Aman diləyənlərə qılınc çəkilməyəcək, sığınanlara arxa çevrilməyəcək.

16. Üsyan edənlərin başı kəsiləcək, haqq istəyənə haqqı veriləcək.

17. Heç kim heç kimdən üstün olmayacaq. Ağ ətin qaradan, qara ətin qırmızıdan, qırmızı ətin sarıdan fərqi olmayacaq.

18. İnsan kin və qürurdan uzaq olacaq.

19. Məzluma mərhəmət, zalıma əzab duyulacaq.

20. Zəiflərə, yaralılara, uşaqlara və qadınlara əl qaldırılmayacaq.

21. Qızı istəyən xaqan da olsa, bəy də olsa, qız istədiyinə veriləcək.

22. Lazımsız yerə ağac kəsməməli və suyu çirkləndirməməlisən.

23. Bilmədiyin halda bilirəm deməməlisən, bilənlə məsləhətləşməlisən.

24. Bu günün işini sabaha qoymayacaqsan.

25. Qüsurları görməyəcək və qüsur axtarmayacaqsan.

26. Güclü olanda bağışla, zəif olanda səbrli ol.

27. Taleyinə üsyan etmə.

28. Etdiyin yaxşılığı unut, edilən yaxşılığı unutma.

29. Hər kəs ədalətlə davranacaq.

30. Nə etsən də, mütləq mühakimə olunacağını heç vaxt unutma.

31. Öz millətinə yad olma. Ən yaxşı ipəyə və gözəl sözlərə aldanma, onlara tamahlanma.

32. Ədaləti üstün tutan, qanunu yaşadan xaqandır. Qanun yox olarsa, dövlət də yox olar. Dövlət olmasa millət qul olar.

33. Ey türk Oğuz bəyləri, ey millətim, eşidin!!!

“Üstdə mavi göyüzü çökmədikcə, aşağıda yağız (qara) torpaq deşilmədikcə, sizin dövlətinizi və Qanunuzu  kim poza bilər?”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir