07 Mart 2026
aa9274b4-9e14-4e90-a60f-385f0bbe9d71

Qərbi Azərbaycan Karvansaray rayonu Haqqıxlı kənd icması Qadınlar Şurasının təşkilatçılığı ilə Sumqayıt şəhər M.Ə.Sabir adına kitabxanada Zəfər gününə həsr olunmuş “Qərbi Azərbaycanda (Haqqıxlı) təhsil, məktəb və müəllimlər” mövzusunda toplantı keçirildi. Qərbi Azərbaycanın qədim diyarı Haqqıxlı kəndinin sakinləri, müəllimlər və müxtəlif peşə sahiblərinin iştirak etdiyi toplantıda Haqqıxlının Qərbi Azərbaycanın bir parçası olaraq təhsilə, elmə, oxumağa və inkişafa nə qədər dəyər verdiyindən, o yurdun daim maariflənmə, müasirləşmə yolunda uğurla irəlilədiyindən söhbət açıldı. Haqqıxlı Qadınlar Şurasını sədri Ayişə Nəbi Haqqıxlı məktəbinin tarixindən, ənənələrindən, onun ilk müəllimlərindən bəhs etdi. Kitabxananın müdiri Allahverdiyeva Miranə toplantı iştirakçılarını salamladıqdan sonra gənc həvəskar Həsənova Səba sazda çaldığı aşıq havası  ilə iştirakçıların könlünü oxşadı. Haqqıxlı sakini, Sabir adına kitabxananın keçmiş müdiri Hafizə xanım kitabın, elmin önəmindən danışdı. Sonuncu deportasiyaya qədər Haqqıxlı məktəbində müəllim işləmiş  Fəhmiyyə Məmmədova, Xatirə Cəfərova, Haqqlxlı məktəbinin yetirmələri Şəfiqə Həsənova, Nəcibə Kazımova, Aygün Nəsibova, Elza İbrahimova, Sünbül İsmayılova, Gülümnaz İbrahimova, şair Rasimə Könül və  digərləri çıxış edərək kənd məktəbinin müəllimlərinin iş prinsipindən, pedoqoji yanaşmalarından, tədris ənənələrindən bəhs edərək, müəllimlər haqqında xoş xatirələrini söylədilər. Haqqıxlı kənd məktəbinin unudulan gözəl ənənlərini yada salındı. Ermənilərin təsir və təzyiqlərinə baxmayaraq, məktəbin tam təchizatlı bir məktəb olduğunu, bu məktəbin ciddi intizamla idarə edildiyini, şagirdlərin təhsil səviyyəsinin yüksək olduğunu ermənilərin belə etiraf etdikləri vurğulandı. Haqqıxlı məktəbi rayon üzrə ali məktəbə qəbul  faizinin ən yüksək olduğu məktəb idi. Bu məktəbin yetirmələri alimlər, mühəndislər, həkimlər və müxtəlif peşə sahibləri dünyanın hər yerində fəaliyyət göstərərək uğur qazanıblar. Haqqıxlı Qadınlar Şurasının bu toplantısı, Böyük Vətən və Qarabağ müharibələri şəhidlərinin xatirəsinə ehtiramla, doğma məktəb və dəyərli müəllimlərin əziz xatirəsi hörmətlə yad edilməklə, çox yaxın vaxtda əzəli yurdumuza qayıtmaq və o yurdda yenidən həyatı canlandırmaq ümidi ilə xoş diləklərlə başa çatdı.

Haqqıxlı Qadınlar Şurası mətbuat xidməti

10 thoughts on “Qərbi Azərbaycan-Haqqıxlıda təhsil, məktəb və müəllimlər

  1. ❤️ Mühüm ,təqdirə layiq layihələrinizdə,işlərinizdə uğurlar arzulayıram ,var olun !

  2. Gotta say, nh888 is growing on me. The user interface is actually pretty clean, and I haven’t had any issues with lag or glitches. They’ve got a good selection of slots. Definitely worth a shout if you’re looking for a new place to spin: nh888.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir