“Haralısan?” sualı bəzən, sadəcə coğrafi sorğu kimi səslənsə də, elə bölgələr var ki, bu sual onlar üçün təkcə yer adını deyil, kimliyi ifadə edir.
Bəlkə də mənim kimi çoxunuz “Haralısan?” sualına “Ordubadlıyam” cavabını eşitmisiniz. Siz də “Axı Ordubad da Naxçıvanın tərkibində deyilmi? Niyə məhz naxçıvanlı yox, ordubadlı?” – deyə maraqlanmısınız. Bəlkə də bunu ayrı-seçkilik kimi başa düşüb, mübahisə belə etmisiniz.
Bu sualın cavabı Ordubadlıların özündə deyil, elə bu özünüifadənin tarixində yatır.
Əslində, “Ordubadlıyam” kimliyi heç vaxt bölgəçilik və ya ayrı-seçkilik mənası daşımayıb. Əksinə, bu bir tarixi yaddaşın, bir mədəni özünüdərkin ifadəsidir. Onun kökləri XVI–XVII əsrlərə -Səfəvi hökmdarı Şah Abbasın hökmdarlıq dövrünə qədər uzanır.
Rəvayətə və mənbələrə görə, Osmanlıların hücumu zamanı Ordubad camaatı şah qoşunu gələnədək düşmənə qəhrəmancasına müqavimət göstərib. Şah Abbas bu fədakarlığı dəyərləndirərək Ordubad əhalisini bir çox dövlət vergisindən azad edib.
Bu hadisə tarixdə iz qoyub və bu iz bu gün də Ordubaddakı Cümə məscidinin girişində yerləşən daş lövhədə əks olunub. “Naxçıvan Ensiklopediyası” kitabında bu barədə belə qeyd olunub:
“Cümə məscidinin qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəhş xətti ilə farsca beş sətirlik fərmanı həkk edilmişdir. 1604-cü ilə aid olan bu fərmanda deyilir:
‘…Ordubad qəsəbəsinin bütün əhalisinin Şah Abbas Bahadur xanın xanədanına nisbət bəslədikləri məhəbbət və fədakarlığın həqiqəti aşkar edildiyindən… bu camaatın fədakarlığı müqabilində Şahın mərhəməti onlara bəxş edildi və bağlardan, əkinlərdən, sənətkar mallarından, dəyirmanlardan alınan bütün vergilər Allah yolunda sədəqə olaraq ləğv edildi…’”
Tarixi mənbələrdə bu hadisə ilə bağlı başqa bir versiya da mövcuddur:
Şah Abbasın dövründə maliyyə və inzibati işlər üzrə vəzir olan Hatəm bəy Ordubadi Ordubad əsilli idi. Bəzi tədqiqatçılar hesab edir ki, məhz onun nüfuzu və xidmətləri nəticəsində Ordubad əhalisi bu imtiyaza layiq görülüb.
Tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov bu barədə deyir:
“Məsələnin kökü belədir ki, Səfəvilər dövlətində Şah Abbasın bir vəziri olub, Hatəm bəy Ordubadi. O, Ordubadlı idi. Şah Abbas onun xidmətlərinə görə Ordubad əhalisini vergilərin çoxundan azad edib. O vaxtdan etibarən bu fikir və bu qürur Ordubadlılar arasında geniş yayılıb. Ona görə dünyanın harasında bir Ordubadlıya rast gəlsən, soruşsan ki, “Haralısan” o deyəcək, mən Ordubadlıyam.”
Bu sözlər təkcə bir tarixi faktın təsdiqi deyil, həm də əsrlərlə formalaşmış mənəvi kimliyin təzahürüdür.
Beləcə, Ordubadlılar üçün bu imtiyaz zamanla bir fərmandan çox, bir yaddaşa və kimliyə çevrildi. Bu baxımdan, Ordubadlı kimliyi yalnız keçmişin bir faktı deyil, bu gün də yaşayan mənəvi dəyərdir.
Onlar üçün “Mən naxçıvanlı yox, ordubadlıyam” demək təkcə doğum yerini göstərmək deyil, bir düşüncə tərzini, qəlibləşmiş bir tarixi ifadə edir.
https://shorturl.fm/E7O2n
https://shorturl.fm/CkxPb
https://shorturl.fm/np6T0
https://shorturl.fm/pgldU
https://shorturl.fm/0Hdu1
https://shorturl.fm/0xhsn
https://shorturl.fm/KXMyg
https://shorturl.fm/9MXf4
https://shorturl.fm/ZQpoL
https://shorturl.fm/KQYis
https://shorturl.fm/OhKqP
https://shorturl.fm/hzxFl
https://shorturl.fm/Blxhc
https://shorturl.fm/BMkkJ
https://shorturl.fm/BMkkJ
https://shorturl.fm/D7tLE
https://shorturl.fm/qM8GA
https://shorturl.fm/TH6hz
https://shorturl.fm/kpNJn
https://shorturl.fm/edkYo
https://shorturl.fm/euZEs
https://shorturl.fm/EEU0T
https://shorturl.fm/Vn8Ry
90winbet… Hmmm, gave it a shot. Looks pretty good! The variety of games is decent, and the odds seem fair. Worth a peek if you’re hunting for a new spot! But seriously, set a budget and stick to it! 90winbet
https://shorturl.fm/IOYwh