07 Mart 2026
rabia

*

Sufizmin ən parlaq simalarından biri olan Rabia Ədəviyyəli, ilahi eşqi həyatının mərkəzinə qoymuş bir qadın sufi idi. Əsrlərdir ki, onun sözləri, duaları və dərin hikmətləri köhnəlmir, könüllərdə iz qoyur. Rabianın yolu çox sadə idi: Allahdan başqa fikrini heç nə ilə məşğul etməmək, qəlbi yalnız Onunla məşğul etmək, Onun nuruna boyanmaq. Həzrəti Rabianın həyatı, insanın öz qəlbini necə oyada biləcəyinin, qəlbi Allaha necə bağlayacağının canlı nümunəsidir. Onun əməlləri kimi sözləri də zamanın o üzündən bu günümüzə səslənir və bu gün bu sözləri eşitməyə ehtiyacımız var. Onun sözlərindəki hikmətləri həyatımıza tətəbiq etsək bəlkə biz də onun yüksəkliyinə  çatarıq.

 Rabia bir gün bir nəfərin “Ey Rəbbim! Mənə mərhəmət qapını aç!” deyə dua etdiyini eşidincə belə deyir:

 “Ey cahil! Uca Allahın mərhəmət qapısı heç vaxt bağlı olmayıb. Bağlı olan qapı – insanın öz qəlbidir. Dua edilməli olan, məhz qəlbinin açılmasınadır.”

Bu sözlər Rabianın həyat düsturunun qısa məzmunudur:

İlahi rəhmət həmişə canlıdır, daim axır, əlçatandır, insan isə bunu qəbul ettmək üçün qəlbini açmalı, könlünü oyatmalıdır.

Bir gün böyük sufi Həsən Bəsrinin belə dediyi söylənilir:

“Cənnətdə Allahı görməkdən bir an məhrum qalsam elə ağlayaram ki, bütün Cənnət əhli mənə acıyar.”

Bunu eşidən Rabia belə cavab verir:

“Əgər dünyada bir an Allahdan qafil olubsansa və bu qafil olmağın dərdi səndə ağlamağa, inləməyə səbəb olmayıbsa, axirətdə dediyin kimi olmayacaq.”

Rabia üçün Allahdan qafil olmaq-bir an ayrı düşmək, bir an unutmaq elə bir ağrı idi ki, dünya həyatında bu ağrını hiss edib duymadan axirət dərdindən danışmaq ona səmimi görünmürdü.

Bir gecə onun belə bir dua etdiyi deyilir:

“Ey Rəbbim! Ya mənə qəlb huzuru ilə namaz qılmağı nəsib et, ya da qəlb huzuru olmadan qıldığım namazları qəbul eylə. Dünyadakı bütün arzum Səni yad etmək, axirətdə isə Sənin camalına qovuşmaqdır.”

Bu dua ilə, ibadətdə ən vacib olanın şəkil deyil, qəlb olduğunu, qəlb oyaq olarsa ibadətin faydalı olduğunu bir daha vurğulayır.

Yenə bir dəfə Rabiadan soruşurlar: “Ölümü arzulayırsanmı?”

Rabia cavab verir: “Bir insana qarşı bir xəta etsəm, onunla qarşılaşmaqdan utanaram. Allah-Təalaya qarşı xətalarımız isə saysızdır. Onun hüzuruna çıxmağı necə arzulayım?”

Burada Rabia, insanın özünü hesaba çəkmə məsuliyyətini göstərir, Allahı dəhşətli dərəcədə görmək istəyinə baxmayaraq, ona qarşı bu dünya həyatında necə davrandığını, onu daim xatırladığını, bəlkə bir an yadından çıxarmış ola biləcəyini düşünüb həya edir.  Bu məsuliyyətdən qorxur. Nə ülvi bir qorxudur.

Ondan Yüksək məqamlara necə çatdığını soruşurlar: “Sən bu məqamlara nə ilə çatdın, ya Rabia?”

Cavabı isə çox sadə, lakin dərindir: “Mənə dəxli olmayan hər şeyi tərk etməklə və əbədi olanın dostluğunu istəməklə çatdım.”

Bu sözlərlə o, ruhun yüngülləşmə, arınma yolunu izah edir. Dünyada bizi məşğul edən maddi varlıqdan imtina edərək ruhunu saflaşdırıb Əbədi Dosta-uca Tanrıya qovuşmağı düşünməklə həyatını gözəlləşdirir.

İlahi dərdin çarəsi varmı? Bu əbədi və cavabsız sualı tez-tez ağlayan, səbəbsiz kədərli olan Rabiaya verirlər.

“Heç bir xəstəliyin yoxdur, bəs bu ağrı nədir?”

O isə deyir: “Qəlbimdə elə bir dərd var ki, həkimlər ona çarə tapa bilməzlər. Yarama yeganə məlhəm Allah-Təalaya qovuşmaqdır.”

Bu, onun ilahi eşqinin dərinliyini ifadə edir.

Vəfat etməzdən əvvəl Rabia başucunda durub gözləyən yaxınlarına belə deyir:

“Buradan çıxın və məni yalnız buraxın. Allahın mələkləri ilə baş-başa qalım.”

Otaq boşaldıqdan sonra içəridən bu ayənin oxunduğu eşidilir:

“Ey arxayın nəfs! Razı olunmuş və razı edilmiş olaraq Rəbbinə dön. Xüsusi qullarımın arasına qatıl və Cənnətimə gir.”

Bu, onun həyatı boyunca arzuladığı halın təcəssümü idi.

Ədəviyyəli Rabia insanın qəlbini oyadan, ilahi eşqə çağıraraq buna öz yaşayışı ilə nümunə olmuşdur.  Onun həyatı bizə, İlahi mərhəmət qapısının həmişə açıq olduğunu, açılmalı olanın yalnız qəlb qapımız olduğunu göstərir. Onu da biz özümüz aça bilərik.Qəlbimizi təmizlədikcə rəhmət qapısı bizə açılacaq.

A.N.

4 thoughts on “Rabia – Qəlb Qapısını açan səs

  1. Word on the digital street is k8betvn. Gave it a shot and found a solid selection of slots. Could always use more promotions, but the existing ones are decent enough. Plus, the site’s got a good vibe. Definitely worth a look-see at k8betvn if you’re in the market!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir