Noyabr ayının 29 da Haqqıxlı kənd İcması Qadınlar Şurasının təşkilatçılığı ilə Qərbi Azərbaycandan azərbaycanlıların 1988-ci il deportasiyasının 37-ci ildönümünə həsr olunmuş “Vətəndən son çıxış” adlı tədbir keçirildi.Tədbirdə sonuncu deportasiyanın canlı şahidləri çıxış edərək o unudulmaz gündə keçirdikləri kövrək hisləri dilə gətirdilər. Yurdu məcburi tərk etdikləri gün yaşadıqlarını Alıyeva Həqiqət ətraflı təsvir etdi, Rəhimova Tünzalə son anda yerdən bir ovuc Vətən torpağı götürdüyünü, illər sonra nənəsi dəfn olunarkən onun qəbrinə tökdüyünü, Ayna İbrahimova Azərbaycan sərhəddini keçdikdən sonra burada yaşadıqlarını, Xalidə İbrahimova Qərbi Azərbaycanda yaşananların gələcək nəsillərə ötürülməsinin önəmini, Liza Kərimova həmin dövrdə Azərbaycanda və xaricdə yaşayan yaxınlarının keçirdikləri narahatlıqları, Məryəm Məmmədova bir erməninin onun qucağından övladını necə dartıb almağa çalışdığını, toplantıya Haqqıxlı səhəngi ilə gələn Namidə Kazımova əhalinin pərən- pərən olsa da qorxmadığını, Ellada Sarvan, Zəmnə İbrahimova, Rəhmiyə Məmmədova illər keçsə də doğmalarımızın yurd həsrəti ilə yaşadıqlarını həzin duyğularla söylədilər.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İcma Qadınlar Şurasının sədri Ayişə Nəbi tədbir iştirakçılarına və tədbirin təşkilinə dəstək göstərən Pərinisə Cəfərovaya xüsusu təşəkkür etdi. Rəsmi hissədən sonra xanımlar çay süfrəsi ətrafında doğmalaşaraq bir gün Qərbi Azərbaycanda belə görüşmək ümidi ilə Qərbi Azərbaycan xatirələrini bölüşdülər.
Haqqıxlı Qadınlar Şurasının mətbuat xidməti





















https://shorturl.fm/5IVEX
https://shorturl.fm/EPbD7
https://shorturl.fm/v82yk
https://shorturl.fm/gTDHG
https://shorturl.fm/hNs8P
Alright, so I gave th777newlink a whirl. Honestly, it’s not bad. The games are responsive, and I didn’t experience any lag. The graphics could be a little better, but overall, it’s a decent place to kill some time and maybe win a few bucks. Worth a shot, if you’re bored.
https://shorturl.fm/rdKby
https://shorturl.fm/EoaYn
https://shorturl.fm/LOYjB