07 Mart 2026
quba

Hər bir insanın özünü tapdığı, ailəsi kimi gördüyü və   orada olmaqdan xoşbəxtlik hiss etdiyi yerlər olur. Mən bu hissi ikinci təhsil aldığım təhsil ocağında  yaşadım.

Birinci təhsilimi müəllimlik üzrə almışam, müəllimlik savad və maarifçilik baxımından böyük əhəmiyyət daşıyır. Lakin anamın tibb sahəsində  işləməsi məndə uşaqlıqdan bu peşəyə qarşı dərin sevgi və rəğbət yaradıb. Mən insanların  sağlamlığının keşiyində durmaq arzusu ilə bu sahədə daha faydalı olacağımı düşünərək tibb sahəsini seçdim. Quba Tibb Kollecinə daxil oldum və seçdiyim bu yolda daha böyük həvəslə irəlilədim.

Bu addım mənim üçün sadəcə yeni bir ixtisas seçimi deyil,  həm də həyatımın ən doğru qərarlarından biri oldu.

Quba Tibb Kollecində keçirdiyim təhsil illərim həyatımda çox önəmli və dəyərli bir mərhələ oldu. Tibb sahəsinin nə qədər məsuliyyətli, insanpərvər və müqəddəs bir peşə olduğunu burada öyrəndim. Ölkəmizin qabaqcıl  tibb təhsil müəssisələrindən biri olan Quba Tibb Kollecində təhsil almaq mənim üçün böyük şans və fəxrdir.

Kollecin Səhiyyə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərməsi isə bizə yüksək keyfiyyətli və müasir standartlara uyğun tədris almaq imkanı yaratdı.

Təhsil müddətində bizə yalnız nəzəri biliklər verilmədi, həm də praktik bacarıqlarımızı inkişaf etdirmək üçün geniş imkanlar yaradıldı. İnsan sağlamlığının keşiyində dayanmağın necə böyük məsuliyyət tələb etdiyini doktorlarımızın peşəkarlığı və dəstəyi ilə daha dərindən dərk etdik. Bizə tibbi etika, məsuliyyət, diqqət və mərhəmət kimi prinsiplər aşılandı.

Bu imkanların yaradılmasında kollecin direktoru doktor Mirzəliyev Mikayılın böyük payı var. Onun uzaqgörənliyi, məsuliyyətli rəhbərliyi, tələbələr üçün qurduğu əlverişli tədris mühiti və yenilikçi yanaşması bizim inkişafımızda mühüm rol oynayıb. Tələbələrə göstərdiyi dəstək və qayğı üçün ona səmimi təşəkkürümü bildirirəm.

Xüsusilə qrup rəhbərimiz Nuranə xanımın dəstəyini böyük minnətdarlıqla qeyd etmək istəyirəm. O, bizə yalnız təhsil ili müddətində akademik dəstək göstərmədi, həm də doğru yola yönləndirən, motivasiya verən və hər zaman yanımızda olan bir insan oldu.

Həmçinin Oqtay Ələkbərov, Aynur Nadirli, Zəminə Fərzəliyeva, Azadə Tağıyeva, Aida Axundova, Xəyalə Məmmədova,  Xəyalə Mirzəbəyova  da bizim hər birimizə fərdi yanaşaraq daim yanımızda oldular. Onların hər biri bu məsuliyyətli ixtisasımızın, tələbəlik həyatımızın ən dəyərli siması, gözəl və unudulmaz xatirələrimizin memarı oldular.

Təhsilimizdə böyük payı olan digər həkim müəllimlərimiz- Gültəkin Məmmədrzayeva, Hümmət Əliyev,  Pərviz Seyidgülov, Rəvanə Hüseynova, Elşən Heydərli, Rauf Camalov, Gəray Qurbanov, Kəmalə xanımın da zəhmətləri unudulmazdır. Onların hər birinə ayrıca təşəkkür borcluyam.

Bu kollecdə qazandığım dostluqlar, birlikdə keçdiyimiz çətinliklər, imtahan günlərinin həyəcanı və unudulmaz xatirələr  hamısı mənim üçün böyük dəyər daşıyır. Quba Tibb Kolleci mənim üçün, sadəcə bir təhsil ocağı deyil, həm də mənə həyatın ən dəyərli dərslərini öyrədən bir ailə oldu. Nə xoşbəxtəm ki, mən də bu ailənin bir üzvü olmuşam.

Bu gün artıq məzun olaraq gələcəyə doğru daha etibarlı və əmin addımlar atacağam. Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində çalışaraq cəmiyyətə fayda verməyi, insanlara xidmət etməyi qarşıma ali məqsəd qoymuşam. Burada qazandığım bilik və təcrübə mənim üçün həmişə ən güclü dəstək olacaq. Həm də inanıram ki, bu dəstək bu məsuliyyətli yolda məni büdrəməyə qoymayan bir dayaq olacaq…

Bütün müəllimlərimə, kollecin rəhbərliyinə və xüsusilə qrup rəhbərimiz Nuranə xanıma bizə verdikləri dəyərə, qayğı və dəstəyə görə sonsuz təşəkkür edirəm.

Quba Tibb Kollecinin məzunu olmaq mənim üçün böyük qürur, yüksək status və fəxrdir!

18-Cİ QRUP ADINDAN   

  

12 thoughts on “Arzu Ramazanova: Məsuliyyət və mərhəmət aşılandı

  1. W88Bogata, interesting name! I hope this means they have some serious games! Looking for a solid platform, good bonuses, and fast payouts are essential. Trying out w88bogata now – let’s see if they can win me over!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir