Qubadlıya ilk səfərdən sonra azad edilən torpaqlarla bağ quran gənc bir ruhun həssas duyğuları.
Şeykar Məktəbi, Albani, Nyu York, ABŞ
Diqqət! Azad olunmuş ərazilərə daxil olursunuz. Xəbərdarlıq: Mina təhlükəsi.
Azərbaycan, rus və ingilis dillərində yazlmış bu lövhələr qarşımızda dururdu. Burada bir ziddiyyət vardı:həm qələbə, həm təhlükə. Bu sözlər qələbə ilə yanaşı həm də itkini təmsil edirdi. Bu sözlərin ağırlığı sinəmə dağ kimi çökmüşdü. “Azad” və “mina” eyni torpağı necə ifadə edə bilərdi?
Darvazanın qarşısında hərbi geyimdə iki silahlı əsgər dayanmışdı. Onlardan biri maşınımıza yaxınlaşdı. Atam pəncərəni endirib sənədlərimizi təqdim etdi. Əsgər sistemdən icazəmizi yoxlayıb sənədləri qaytardı. Sonra darvazanı açıb bizi içəri buraxdılar.
Azərbaycanın Qarabağ bölgəsində yerləşən Qubadlıya-atamın doğma yurduna daxil olurduq. Atam uşaqlığını və gəncliyini burada keçirmişdi. 1990-cı illərin Qarabağ müharibəsi zamanı bu torpaqlar işğal olunmuş, atamın ailəsi isə məcburi köçkün olmuşdu. Mən bu əraziyə ilk dəfə ayaq basırdım. Çünki həmin torpaqlar 30 il əvvəl işğal olunmuşdu. Mən bilirdim ki, bu yerlər əvvəl belə deyilmiş. Haqqında çox danışılan, mənə dəfələrlə təsvir edilən o şəhər indi şəhərə bənzəmirdi. Yaxından baxsan, şəhər yox idi, yalnız bir neçə daş qalıqlarını görmək olurdu.
Uşaqlığımın bir hissəsini Azərbaycanda keçirsəm də, bu bölgədən uzaqda olmuşam. Bakı şəhərində böyüyərkən münaqişə barədə yalnız söhbətlərdən və xəbərlərdən eşitmişdim. Əvvəllər bu hekayələri dinləyərkən yaxınlarımın hiss etdiyi qədər ağrı hiss etmirdim. Ailəmə dərin hörmətim vardı, amma o bağ, o acı mənim içimdə yox idi.
Atam qaz pedalına basdı, bizi get-gedə daha dərinə, onun “ev” adlandırdığı yerə apardı. Bir neçə dəqiqədən sonra yol qurtardı və biz düz səhralıq əraziyə keçdik. Arxa oturacaqda mənim yanımda əyləşən bibim gözləri ilə tanış bir yer, ev, ağac — hər hansı bir iz axtarırdı. Onlar buralardan çıxandan, yəni o yeniyetmə yaşından bəri ilk dəfə geri yurda dönürdü. O, Qubadlını gözəl, yaşıl, bağlarla dolu bir kənd kimi xatırlayırdı. Amma bu Qubadlı – əsl Qubadlı – artıq yalnız uzaq bir xatirəyə çevrilmişdi. İndi burada ancaq dağıdılmış evlər, çökmüş divarlar və onların ətrafında bitib uzanmış yabani otlar qalmışdı.
Atam, evlərinin olacağını ehtimal etdiyi yerin yaxınlığında maşını saxladı. İrəlidə sıx kol-kos olduğundan avtomobil keçə bilməzdi. Atam birinci düşdü, ardınca bibim, daha sonra mən də maşının qapısını açıb ehtiyatla yerə endim. Bir az irəli addımladım, ətrafda gəzindim— mina təhlükəsini bildirən, üzərində kəllə rəsmi olan qırmızı lövhələrin yanından keçdim.
Bibim danışmağa başladı. Yerdən çıxan uzun bir bitkini göstərdi. Deyirdi ki, o və qardaşları bu bitkini çıxarıb sonundakı yapışqan hissəsini çeynəyərdilər — bu onların “saqqızları” idi. Sonra bir kənarda bitmiş balaca çiçəyi göstərdi, uşaqlıqda onlara necə ad verdiklərini izah etdi. Onun danışdıqları sanki dünən baş vermiş kimi canlı və emosional idi.
Mən dayanıb onu dinləyirdim. Heç nə demirdim. Nə deyə bilərdim ki? İçimdə bir hiss vardı ki, bu an mənə aid deyil. Axı mən bir şey itirməmişdim… elə deyilmi?
Amma o anda sinəmin içində qəribə bir boşluq hiss etdim. Sanki heç vaxt yaşamadığım bir itkini ağlayırdım. Gözlərim doldu, ailəmin hislərini bölmək istəmədiyim üçün üzümü çevirdim. Amma atam bunu gördü və sakit bir təbəssüm etdi. Bu, hər şeyi izah edirdi. O, məni başa düşmüşdü və bu torpağı özümə aid hiss etməyimdən məmnun olmuşdu.
Qubadlı azad olunanda, atamın necə dəyişdiyini görmüşdüm. Amma o zaman bu ağrının və münaqişənin dərinliyini anlamamışdım. Çünki bu yerləri görməmişdim. İndi isə mən o torpağa ayaq basmışdım. Artıq bilirdim ki, bu təkcə torpaq deyil — bu əvvəl itki, indi isə azad olunmuş müqəddəs yer, mənim üçünsə ruhi yaddaşdır.
Orada çox qalmadıq. Onsuz da qalmaq üçün nə şərait vardı, nə də imkan. Amma bu qısa səfər mənim daxilimdə bir dəyişiklik yaratdı. O darvazadan, əsgərlərin yanından keçib içəri daxil olan Aydanla, oranı tərk edən Aydan eyni deyildi. Daxil olarkən əmin deyildim — bu yer mənim bir hissəm idimi? Amma çıxanda bilirdim — Qubadlı mənim bir parçamdır və bu bağlılıq həmişə içimdə yaşayacaq.
13 iyun 2025

https://shorturl.fm/6O62Y
https://shorturl.fm/5BENL
https://shorturl.fm/Cnvty
https://shorturl.fm/EQQUe
https://shorturl.fm/zipcm
https://shorturl.fm/uFVA9
Boost your income—enroll in our affiliate program today!
Start earning passive income—become our affiliate partner!
Boost your profits with our affiliate program—apply today!
Become our partner and turn referrals into revenue—join now!
Become our partner now and start turning referrals into revenue!
Start profiting from your traffic—sign up today!