2026-cı il, fevral ayının 15-də Qərbi Azərbaycan İcması Sumqayıt şəhər nümayəndəliyində Haqqıxlı İcması Qadınlar Şurasının təşkilatçılığı ilə şəhidlərimizə həsr olunmuş “Şəhidlər ucalığımızdır” adlı tədbir keçirilmişdir.Tədbirdə Birinci Qarabağ şəhidlərinin yaxınları, ailə üzvləri və digər sakinlər iştirak etmişdir. Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək, Qadınlar Şurasının sədri Ayişə Nəbi savaş və şəhidlik barədə məlumat verərək sözü aparıcı Elza İbrahimovaya ötürmüş, Elza xanım Qarabağ münaqişəsindən müharibəyə keçid, müharibə və şəhidlər barədə çıxış etmişdir.
Qəlbində üç şəhid yükü daşıyan ağ saçlı Rübabə ana iki bacısı oğlu- Xasməmmədov Tağı və Fazildən, öz oğlu Həsəndən bəhs edərkən göz yaşlarını saxlaya bilməsə də, ürək yanğısı ilə şəhidlərin keçdiyi döyüş yolundan bəhs etmişdir. Şəhid Elxan Vəliyevin həyat yoldaşı Sünbül xanım, “biz o şəhidlərlə bərabər ruhən ölmüşük”, deyə şəhid yaxınlarının yaşadığı hisləri səmimi bir dillə söyləmişdir. Şəhid İsmayıl Məmmədovun qardaşı Çərkəz bəy göz yaşlarına hakim ola bilməyib sözlər boğazında düyünlənmişdir. Şəhid Hüseynqulu Şahnəzərovun bacısı Aynaz xanım, Emil Qarayevin yaxını Pərvanə xanım, Elçin Mustafayevin oğlu Elçin bəy, Azad Mikayılovun yaxını Eşqin bəy, Rəfi Zeynalovun bacısı Tutu xanım və digər şəhidlərin yaxınları ağrılı da olsa, ürək sözlərini dilə gətirmişdirlər.
Tədbir iştirakçıları Rəfiqə Hüseynova, Həqiqət Vəliyeva, Xalidə İbrahimova, Məsmə Qocayeva və digərləri şəhidlərimizə ehtiramlarını və onları əsla unutmayacağımızı ifadə etmişdirlər.
Tədbir Sünbül xanımın dəstəyi ilə hazırlanan ehsan süfrəsində şəhidlərə edilən dualarla davam etmiş və Haqqxılı Qadınlar Şurasının hazırladığı xatirə şəhid şəkilləri şəhid yaxınlarına təqdim olunmuşdur.
Hər iki Qarabağ müharibəsində, digər qarşıdurmaların şəhidləri ilə birlikdə Danarğanda həlak olanların və ümumi olaraq şəhidlərin ruhları şad olsun duaları, ölkəmizdə və dünyada sülh, əmin-amanlıq olsun diləkləri ilə tədbir başa çatmışdır.
Haqqıxlı İcması Qadınlar Şurasının mətbuat xidməti





















Join our affiliate program today and earn generous commissions!
Become our partner now and start turning referrals into revenue!
Earn passive income this month—become an affiliate partner and get paid!
Join forces with us and profit from every click!
Become our partner and turn clicks into cash—join the affiliate program today!
Unlock top-tier commissions—become our affiliate partner now!
Refer and earn up to 50% commission—join now!
Partner with us and earn recurring commissions—join the affiliate program!