Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Ədəbiyyat

Röya: Səssizliyin İmzası

By İklim
07 May 2026 1 Min Read
0

Yaradıcılıq yolunda uğurlar arzulayaraq, Röya təxəllüsü ilə yazan gənc yazarın ilk yazısını təqdim edirik.

**

ESSE

Səssizliyin İmzası

İnsan ən çox səsini yox, sükutunu itirməkdən qorxur.

Çünki sözlər hamınındır, amma sükut yalnız bizə məxsusdur.

Həyat bəzən bizi elə nöqtəyə gətirir ki, orada qışqırmaq deyil, pıçıldamaq belə ağır gəlir. Pıçıldamaq, onsuz da qışqırmaqdan ağırdır.

Biz çox vaxt elə bilirik ki, kimisə itirəndə həyat dayanır. Əslində isə, həyat yalnız biz özümüzü itirəndə dayanır.

Ən böyük dram insanın öz içindəki aynaya baxıb, orada bir yad adamı görməsidir. Biz illərlə başqaları üçün divarlar hördük, pəncərələr açdıq. Amma bir gün o otaqlara çəkilib tək qalanda anladıq ki, tikdiyimiz o evlərin heç birində bizə yer yoxdur.

Fəlsəfə budur: hamı üçün var olub, özün üçün yoxa çıxmaq.

Yazmaq isə, sadəcə bir məşğuliyyət deyil, daxilindəki susqunluqları və deyə bilmədiklərini kağıza köçürməyin bir yoludur. Yoxluqda bir səltənət qurmaqdır.

Lakin unutmuruq: hər bir yara, əslində ruhun nəfəs alması üçün açılmış bir deşikdir, nəfəslikdir. Əgər bu gün canın ağrıyırsa, deməli, ruhun hələ sağdır və o sənə deyir: Geri dön, özünə sahib çıx. Çünki ən böyük zəfər kimisə fəth etmək deyil, öz xarabalıqlarında yenidən doğulmaqdır.

Və sonda bizdən geriyə qalan nə qazandıqlarımız olacaq, nə də itirdiklərimiz. Bizdən  geriyə, sadəcə,  soyuq sükutun içinə atdığımız o tək imzamız qalacaq:  Mən buradaydım və hər şeyə rəğmən yaşayırdım.İmzam da səssizliyimdir.

Author

İklim

Follow Me
Other Articles
Previous

Dəyərli ziyalı Mayıl İsmayılovu təbrik edirik

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme