V Uşaq Kitab Festivalı
13–17 may tarixlərində keçiriləcək V Uşaq Kitab Festivalı müxtəlif mövzu və janrlarda çap olunmuş kitablarla uşaq və gəncləri sevindirəcək.
Sərgidə bədii ədəbiyyatdan uşaq kitablarına, maarifləndirici və fərqli istiqamətli nəşrlərə qədər geniş kitab çeşidi təqdim olunur. Eyni zamanda imza saatları təşkil olunacaq və müəlliflər oxucularla görüşüb imzalı kitablar təqdim edəcəklər.
Festival zamanı hər kəs sərgiyə gəlib kitablarla tanış ola, sevdiyi müəlliflərlə görüşə və imzalı kitablar əldə edə bilər.
Kitabsevərlərin kitabla dostluqları bu sərgidə daha maraqlı və yaddaqalan olacaq.
İklim.az