“Səssiz melodiya” təqdim edildi
İyun ayının 6 da M.Ə. Sabir adına Sumqayıt şəhər kitabxanasında Haqqıxlı Qadınlar Şurası və kitabxana kollektivinin təşkilatçılığı ilə gənc qələm sahibi Firuzə Nəbilinin “Səssiz melodiya” kitabının təqdimat mərasimi və müzakirəsi keçirildi. 12 yaşında qələmə aldığı bu mini romanda Firuzə gerçəkliklə mistikanın birgə irəliləyişini və bir qızın musiqinin notlarında qanadlandığını təsvir edib. Müəllimlərin və məktəblilərin də iştirak etdiyi bu tədbirdə kitabxanının keçmiş müdiri Hafizə xanım Pirimova, hazırkı müdiri Minarə Allahverdiyeva çıxış edərək gənc müəllifi ürəkdən təbrik etdilər, ona yaradıcılıq yolunda uğurlar diləyərək belə tədbirlərin gənclərin ədəbiyyata marağının artırılması, oxu mədəniyyətinin formalaşması və inkişafına dəstək olduğunu qeyd etdilər.
Haqqıxlı Qadınlar Şurasının sədri, yazıçı Ayişə Nəbi “Səssiz melodiya” əsərinin özündə sehirli realizm çalarlarını daşıdığını, romanda real hadisələr ilə mistik məqamların paralel şəkildə inkişaf etdiyini dilə gətirdi. Müəllimlər Sunbül İsmayılova, Ruqiyyə Nəbiyeva, Xatirə Cəfərova, Minayə xanım, Sevinc xanım, Firuzənin bu ktabını yüksək qiymətləndirdirlər.İştirakçılar Nazanı İbrahimova, Məsmə Nəbiyeva,Tünzalə Rəhimova, Elnarə Əmiraslanova və başqaları gənc müəllifə uğurlar dilədilər.
Müəllifin həmyaşıdı olan məktəblilər “ Səssiz melodiya” kitabından seçdikləri hissələri nağılllayaraq həmyaşıdları Firuzəyə ürək sözlərini deməklə yanaşı müxtəlif suallar verdilər. Tədbirdə çıxış edənlər qəhrəmanın musiqi ilə qurduğu daxili diyaloq, notların sanki canlı varlığa çevrilməsi, hisslərin sehrli bir müstəviyə keçməsi oxucunu həm gerçəkliyin, həm də xəyalın sərhədinə enməyə vadar etdiyini vurğuladılar. Bu baxımdan bu əsəri dünya ədəbiyyatında sehirli (magik) realizm cərəyanını təmsil edən əsərlər sırasına qatmaq olar.
Tanınmış şair Xanəmir Telmanoğlu bu kitabı sənət baxımından dəyərləndirərək yüksək qiymətləndirdi və müəllifə uğurlar arzu etdi.
F.Əmirov adına 5 saylı uşaq musiqi məktəbinin müəllimi Qönçə Kərimova öz yetirmələri Səba Həsənova və Ayan Hacızadə ilə birgə ifa etdikləri aşıq havaları ilə tədbirə xüsusi rəng qatdı. Firuzənin anası Çinarə Nəbiyeva qızına və onun kitabına gösətirilən diqqətə və verilən dəyərə görə tədbir təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.
Sonda gənc müəllif Firuzə Nəbili kitabın necə yazılmasından, müsiqinin və pianonun onun üçün xüsusi məna daşıdığını deyərək həmyaşıdlarına və iştirakçıılara təşəkkürünü bildirdi.
Tədbir imza saatı və xatirə şəkilləri çəkdirməklə yekunlaşdı.
“Səssiz melodiya”nın səsləndirdiyi bu ilk notun gələcəkdə daha möhtəşəm sədasının gəlməyini diləyirik.
Haqqıxlı Qadınlar Şurasının Mətbuat xidməti



















-
-
-
-
-
Show CommentsÇox gözəl tədbir təşkil olunub
Gənc şairəmizə uğurlar arzulayıram
Tədbirin təşkilatçılarına təsəkkürümü bildirirəm
Təbrik edirəm gənc yazıçımızı. Uğurlu işləri bol olsun!
https://shorturl.fm/X7tWu
https://shorturl.fm/QSV09
https://shorturl.fm/eLyeZ