Skip to content
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • insta
  • face
Şeir

Qazi İmadəddin Səlimin şeirləri

By İklim
16 İyun 2026 1 Min Read
3

KƏSİLMƏSİN AYAQ SƏSİN

Şan-şöhrətli Azərbaycan,
Şərqin ilk çağdaş ölkəsi.
Müstəqillik nidasıyla,
Heyrətləndirdi hər kəsi.

Uzaq-uzaq qitələrdən,
Ölkələrdən gəldi səsi,
Döndü dillərdə dastana,
Azərbaycan, can nəğməsi.
Qoy, bu canım məmləkətdə
Ordum, Sənin
Kəsilməsin ayaq səsin.

Özün alovlardan keçdin,
Yurdu alovdan qurtardın.
Bözqurd oldun,neçə-neçə
Qurdu alovdan qurtardın.

Düşmənlərin inadını
Qırdın,alovdan qurtardın.
Sən bu canım məmləkəti
Ordum,alovdan qurtardın.
Qoy bu canım məmləkətdə,
Ordum, sənin
Kəsilməsin ayaq səsin.

Yüz səkkiz il keşiyində,
Dəyanətlə dayanmısan.
Günəş kimi göy üzündə
Al Şəfəqə boyanmısan.

Sən bu yurdun şərəfinə,
Sən şəninə şəyanmısan?
Canı icrə ya canmısan,
Ya ruhuna əyanmısan?
Qoy bu canım məmləkətdə,
Ordum sənin
Kəsilməsin ayaq səsin.

Qarabağım-qara bəxtim,
Sayəndə ağ günə çıxdı.
Dəyanətin,mətanətin,
Qırxdörd gündə önə çıxdı.

Gərdi hər bir çətinliyə,
Topdağıtmaz,sinə çıxdı.
Bu döyüşdən üzağıyla,
Bir çıxmışdı,yenə çıxdı.
Qoy bu canım məmləkətdə,
Ordum sənin
Kəsilməsin ayaq səsin.

06.06.2026-cı il

***

FƏLƏSTİNLİ UŞAQLARA

Budurmu insanlıq,
azadlıq bumu?!

Dayanıb lüt-üryan bir uşaq baxır,
Baxışından sanki ildırım çaxır.
Aldığı hər nəfəs bir son, bir axır,
Budurmu insanlıq, azadlıq bumu?!

Yorğun illərinin ağrısı canda,
Paltarı çirkabda, üz-gözü qanda.
Ey zalım, sən bunu insanlıq san da, –
Budurmu insanlıq, azadlıq bumu?!

Nifrəti, naləsi dilində gəzir,
Bilmir hansı əsrin ilində gəzir.
Qapqara qazanı əlində gəzir,
Budurmu insanlıq, azadlıq bumu?!

Xaraba evlərdə bayquş ulayır,
Dünya aciz-aciz başın bulayır.
Fironlar hələ də meydan sulayır,
Budurmu insanlıq, azadlıq bumu?!

İmadəddin bax dünyanın halına,
Ölkələrin davasına ,qalına.
Məzlumların bir gün haqqı alınar,
Budurmu insanlıq,azadlıq bumu ?!

02.06.2026-cı il
Qazi İmadəddin Məlikəhməd oğlu Səlim

Author

İklim

Follow Me
Other Articles
Previous

Dünya ədəbiyyatında ilklər

Next

Hidayət Orucovun şeirləri

3 Comments
  1. Hörmətlə Faseh dedi ki:
    16 İyun 2026 tarixində, saat 16:01

    İmiş Allah sənə uzun ömür sağlam can sağlığı versin Qələminə qüvvət Çox gözəl şeirdir Allahın nəzəri üstünüzdə olsun

    Reply
  2. Anonim dedi ki:
    16 İyun 2026 tarixində, saat 16:17

    Təşəkkür edirəm mama oğlu

    Reply
  3. Vugar dedi ki:
    16 İyun 2026 tarixində, saat 16:17

    Çox gözəl. Can sağlığı arzulayıram şairimizə

    Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dərginin təsisçi və redaktoru: Ayişə Nəbi
ƏLAQƏ: e-mail: metamenn@gmail.com

ⓒ İklim Dərgisi 2026

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme