Skip to content
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • insta
  • face
ƏdəbiyyatMənəviyyat

İsmayıl Əfəndiyev: Bir salamdan başlayar dünya

By İklim
12 Noyabr 2026 2 Min Read
0

(esse)

Bir dəfə Almaniyada 12 il yaşamış bir qadın mənə belə bir hadisə danışmışdı:

«Berlində beşmərtəbəli bir binada yaşayırdım. Hər gün həyat yoldaşımla birlikdə işə gedirdik.

Mən azərbaycanlılara xas bir davranış sərgiləyərək başqalarının mənə salam verməsini gözləyir, özüm heç kimə salam vermirdim. Almanlar isə bir-biriləri ilə salamlaşırdılar. Çünki onlar qarşılarındakı insanı yad hesab etmirdilər.

Bir dəfə yenə səhər işə gedərkən bir alman qadın yolumu kəsdi. Qorxdum. O, mənə: “Quten Tağ!” (Salam!) – dedi. Sonra sakit və təmkinli şəkildə mənə izah etdi ki, insanlarla salamlaşmaq lazımdır».

Müasir İslam alimləri bəzən belə bir fikir irəli sürürlər: İslamın əsrlər əvvəl gəldiyi nəticələrə avropalılar daha sonralar məntiq və düşüncə yolu ilə gəliblər və məhz buna görə inkişaf ediblər. Mən isə bu fikirlə o qədər də razı deyiləm.

Çünki müxtəlif dinlərin, ideologiyaların və fəlsəfi sistemlərin gəldikləri nəticələr, eləcə də təbliğ etdikləri mənəvi dəyərlər, demək olar ki, eynidir. Sadəcə, həmin nəticələrə aparan yollar fərqlidir. Fərqli yollarla da olsa, onların hamısı insanları bir-birini sevməyə, bir-birinə hörmət etməyə, başqalarının hüquqlarını qorumağa, təbiəti və heyvanları sevməyə, onlara qayğı göstərməyə çağırır. Ən ümdəsi isə insanın Yaradanı sevməsini və Onun yaratdıqları ilə ahəngdar yaşamasını təlqin edir.

Deməli, əsas məsələ insanın təbiətlə, cəmiyyətlə və Yaradanla harmoniya içində yaşamasıdır. Məncə, inkişafın əsl səbəbi də məhz budur. Həyat belə cəmiyyətləri mükafatlandırır.

Siz xaricdə təhsil alarkən (özümü bu kateqoriyaya aid etmirəm) cəmiyyət sizdən çox şey gözləyirdi. Məncə, üzərinizə düşən ən mühüm vəzifələrdən biri də insanlara bir-birinə, təbiətə və Yaradana hörmət etməyi öyrətməkdir.

Bunu sizə özündən iki-üç yaş böyük qardaşınız kimi, heç bir təmənna güdmədən deyirəm.

Dostlar, bu esse mənim qrupda yazdığım son yazıdır. Hər birinizə daha xoşbəxt, mənalı və dəyərli bir həyat arzulayıram.

Bir məqamı da unutmayaq: insan qəribə bir varlıqdır. Bəzən başqasının bədbəxt olmasını deyil, sadəcə özündən daha az xoşbəxt olmasını istəyir. Bu, insan münasibətlərinin qarşısında dayanan görünməz sədlərdən biridir.

Amma mən inanıram ki, siz bu səddi aşacaqsınız. Çünki əsl inkişaf yalnız bilik, diplom, maddi rifah və texnologiya ilə ölçülmür. Əsl inkişaf insanın öz daxilindəki kiçik eqoizmi məğlub etməsi, başqasının xoşbəxtliyinə sevinə bilməsi və yaşadığı dünyanı daha gözəl etmək üçün məsuliyyət daşımasıdır.

Unutmayın, cəmiyyətin inkişafı insanların nə qədər irəli getməsi ilə deyil, bir-birini nə qədər irəli aparması ilə ölçülür.

Hər birinizə bu yolda uğurlar arzulayıram!

Author

İklim

Follow Me
Other Articles
Previous

Asif Ata : FÜZULİLİYİMİZ – AŞİQLİYİMİZ

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dərginin təsisçi və redaktoru: Ayişə Nəbi
ƏLAQƏ: e-mail: metamenn@gmail.com

ⓒ İklim Dərgisi 2026

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme