ALLAH VƏ İNSAN
Səni axtarmaq üçün məni uzağa atdın!
Aləmi mənim, məni özün üçün yaratdın!
1972
AĞZIMI TİKSƏLƏR
Tel tel və ilmə ilmə tiksələr də ağzımı;
Tək səs duyarlar: Allah… yoxlayanlar nəbzimi.
1973
HAL ELMİ
Yandı kitab dağlarım, qəribə bir hal oldu!
Sonunda mənə qalan, yalnız elmihal oldu!
1972
LÜĞƏT
Zorla verənlər lüğət kitabını əlimə,
Bilsin:Allahdan başqa bilmirəm bir kəlimə.
1973
ÖPMƏK
Əllərimə uzanan dodaqları geri təpim;
Allah deyən, gəl, sənin ayaqlarından öpüm!
1976
**
Nəyə lazım çənə döymək əcəllə;
Sərmayəm bir kəlimə:Allah azzə və cəllə…
1977
GÖZƏL
Gözəl Allahım, səndən nə gələcəksə gəlsin;
Sən ki, rəhmətinlə də, qəhrinlə də gözəlsən…
1977
YAXINLIQ
Nəyə yaxınlaşsam sonu təəssüf və uzaqlıq;
Anla ki, yox Allahdan başqasına yaxınlıq…
1977
QÜDRƏT
Qüdrət Onun; başqasında nə macal var, nə təvan
Alim elminə yansın, biləyinə pəhlivan…
1977
EŞQ
Rəbbim, Rəbbim, bu işin bildim nəymiş türkcəsi;
Sənin eşqin atəşdir, atəşin gül baxçası…
1977
EŞQ VƏ QORXU
Eşq qorxuya örtüdür, qorxu da eşqə pərdə,
Allahdan necə qorxmaz, insan onu sevər də…
1980
İSTƏ
Verirlər “ ən acizəm, qüdrət sənin” dedikcə,
Verənin şanı böyük, sən istə istədikcə!
1980
YAXIN
Yaxın Odur, qalanı biri birinə uzaq;
Hər şey Rəqib adıyla Onun qurduğu tələ…
1982
HEY
Nəyə baxsam eyni şey, neyi görsəm eyni şey…
Olan sənsən, hey gidi Həqiqət Sultanı, hey!
1982
Təqdim edən A.Nəbi