Vızıldayan ağaclar getdi işığın içinə,
Bunu həqiqət xəbər verdi.
Qarşı sahilin
Yamacı qabardı bizə doğru.
Bir qaranlıq
Minlərlə pırıltı-o
Dirilmiş evlər! –
Mahnı söylədi.
Buzdan bir tikan – biz də
Bağırmışdıq-
Yığdı səsləri.
Bir yarpaq, ağacsız,
Bertold brext üçün:
Nə vaxtandır ki, bunlar
Bir müsahibə
Hardasa günah sayılır,
Bu qədər deyilmişi
əhatə edir deyə?
tərcümə edən:a.atilla