Hüseynli Sitarə. 18 yaşı var. Hazırda Rəssamlıq Akademiyasında Dekorativ Tətbiqi Sənət bölümünün 1-ci kursunda təhsil alır..
Sitarə uşaq yaşlarından, valideynlərinin dediyinə görə, 5 yaşından etibarən rəsm çəkir və Van Qoqun əsərlərini çox sevir.
Hələ uşaq ikən anası bu qabiliyyətini görüb balaca Sitarəni Sumqayıtda Pionerlər evindəki dərnəyə aparır. Murad müəllim Sitarənin rəsmlərini ilk baxışdan bəyənir və onun Sinifində təhsil almağa başlayır.
Sözsüz ki, qabaqda Sitarəni uzun bir yol gözləyir. Sənət nə vaxtdan bəri asanlıqla ələd edilib. Sənətdə istədiyini qazanmaq üçün gərək gecə – gündüz demədən araşdırasan, öyrənəsn, çalışasan. Sitarənin rəsmlərinin də zaman keçdikcə kamilləşəcəyinə inanaırıq.
Sizə təqdim etdiyimiz əl işləri isə Sitarə Hüseynlinin 17 yaşında ikən çəkdikləri rəsmlərdir. Gənc rəssama bu müqəddəs sənət yolunda bol-bol uğurlar diləyir və əsərlərini ixtiyarınıza veririk.
Gülturan Nəzərli