21 Kasım 2024

Bir az şeir bir az sentyabr

Yorğunam amma ümidsiz deyiləm

Eləcə payızdandır bu narahatlıq

Əynimə nə qədər böyükdü savaşlarım bilmirəm

Gələn il hamısını bir təhər geyinərəm

Cəbhələrdə yaralanan dostlarım 

Kimin gülləsi dəydi, kimdi vuran bilinməz

Ən çətin  olanı da həyatın üzü suyu hörmətinə kürəyimdəki bıçaqlarım.

Olmadı vuranı olmadı olmayacaqdı da

Bilirəm

O qaranlığa gömdüm üzləri

Bir günəşə baxar indi gerçəklər

O da Allahın təqdiri

Ol deyər olar

Amma yorğunam, lakin ümidsiz heç deyiləm..

Daha şəhərin ortasında xəyallar quracaqdım

Ver saqi

Bir az sentyabrdan bir az şeirdən də ver

“ Şeir hansı sentyabr hansıdır?” dedi

Ortaya qarışıq ver ən gözəli

Qəfil olsun gözləmədən bir anda

Pusqu qurulmasın gözlənən olsun

Ziyanı yox mən çoxdan itirdim

Bu gördüyün qala var ha…

Məğlub oldu!

Bu qarşıda parlayan gül baxçaları..

Soldu!

Burmalı da yoxdu onsuz da…

Bəs səkilər onlar da  getdimi…

Məzar daşları, küllərim…

Üzərindən zaman axdı su oldu yol buldu

Sentyabrdan ver ən gözəli

Nə yaz nə güz olsun

Araya qaynayıb unudulsun

Keçmişim kimi

Lakin yorğunam, amma ümidsiz heç deyiləm…

Sentyabr 2018

***

Eyvallah

Eyvallah ölkəmin açmayan çiçəkləri

Sağ-salamat uğur olsun hamınıza

Sevdim mən xəyallarımı qürbət uğultularda

Və hər şeyə inad sildim xəyallarımı gedərkən

Sevdim nazla ayaqlanan zülüm güllərini

Xatirələrə gömülü qalan bayraqlarını ölkəmin…

Asılmış bir kənarda umudlara sarılı bənövşələr

Bir can uğrunda yanan küllərə aldandım

Gömülü qaldı içimdə kimliyim

Həyatıma bir eyvallah yenə çəkərəm

Çəkərəm də içimdən min `of `sökərəm

Yırtılar bir Rumeli türküsü qaranlıqda

Yapma Hasan qağa, buraxma   Hasan qağa

Şərabın Debrə`də qalmış

Yetim Hasan

Viran Hasan…

İçim qürbət uğultularıyla dolu gömrük otağı

Sandıq sandıq dərd daşıyıram

Möhürləndikcə bir bir xatirələr

Uzaqlardan eşidilir dəf səsləri

Əlvidalar yaraşmadı sənə

Sevinçlər göz yaşalarına boğulmuş bir düyün

Qapılarda əsgərlər kimlik soruşur

Mən kiməm ki, mən nəyəm…

Sabahın ilk işıqlarıyla parlayır  vətən

Həm də nə vətan  

İçində dədəm var yatan

Gəmim var batan

Ardımda qoydum ulu bir Balkan

Eyvallah sizə də tükənməyən hayqırışlarım.

Dan ağarır məndə hər şey qaranlıq

Əllərimdə bir neçə kağız

Kimliyimi gizləyir

Qovuşdum sənə dedim də

Qopdum hər yerdən

İki əlim havada buludları axtarır

Yağsın istəyirəm yağmur

Axıtsın kədərimin göz yaşını

Ayrılmaqmı

Qovuşmaqmı

İkisi də min betər

Ürəyimin incə sızıltısıdı bu şəhər

İçindən ayrıldıqca qanayar əllərim

Axır çamadanlardan iztirablar

Qalmaqmı çətin

Getməkmi

Yandırıram umudlarımı tikan tellərində

Önümü biri kəsir

Kimlik soruşur        

Söyləyirəm

Yaddır deyir

Mənə məndən deyilsən deyir

umutlarıma, xəyallarıma

Güllə atır

Nəğməmə, laylama

daşıma, torpağıma

Yaddır deyir

Möhür vurur

Eyvallah sənə də, ey Əsgər

Eyvallah…

Məni  sənə kim yad etdi, ey vətən

Gəlmək üçün qucağına ellərəmi deyim

Qapında soyuqdanmı donum

Sıra sıra insanların  üzünə

De ki, necə necə baxım

Başımız əyilmiş önümüzə

Baxammadıq üzümüzə

Yoxsa ayazdandımı  üşüyürük

Sən bizi qucaqla deyə qapında tir-tir titrəyirik

Günəş səndə doğur

Biz səndə doğuluruq

Var ol, sənə uzaqdan baxım

Eyvallah,

Heç kim toxunmasın deyə bürclərin olum

Ah çəksən mən qəhrinə yanım

Yüz deyil min il  keçsə həsrətinə doyum

Var ol   vətən deyə daşlara sarılım

Mən buna çoxdan razıyam

Yetər ki, səndə deyil

Yadların torpağında yad qalam.

***

DOĞMA ÖGEY

Toplansa xəyallar  bir həyat edərdi

Bizi hansı həyat bürüdü

Hansı xəyalların içinə düşdük belə

Sağım təzə solum solğun

Hansı sudan içdik də yenə gəldik buraya

Günlər asi keçir günlər əsib keçir

Çökdük bir qərib yalnızlığın içinə

Nə sabah olur aydınlıq nə gecə olur qaranlıq

Eləcə keşməşkeş bir girdabın içində bu həyat

İki divar var indi

Önümdə salamlıq ardımda hərəmlik

Rüzgar kəsir xəyalların arasını

Yenə itirik bu şəhərin ortasında

Yad savaşların içinə düşürük

İsimsiz ölkələrdən şəhər bəyən istərsən

Sapla ürəyinin taa içinə

Bizim qədim divarlarımız var bu şəhərdə

Bax, bu divarın adını mən qoydum, göyümtül

O biri bir az yıxılmış, sabahsız olan o

Bir az irəlidə yıxdılar  o  qaranlıq

Hansı aydınlıq daha təzə

Hansı daha bizdən

Doğma ögey….

1 thought on “Makedoniyalı şair Leyla Emin Şərif

  1. Çok beğendim ve çok duygulandım.
    Ruhum kanatlanıp uçtu Türk’ün yaşadığı her toprağa. .. Türkistan’a….Turan’a !…
    Tanrı Türk’ü ve tabi ki de sizi korusun, kollasın ve yüceltsin ! …

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir