24 Kasım 2024

ÖLÜM FƏRMANINI 84 ŞAHİDİN İMZALADIĞI MƏNSUR HƏLLACIN DİLİNDƏN MƏNALI SÖZLƏR

* Həllac  Mənsur, edamına fətva verən və bu fətvanı icra edənlər üçün fəryad edib Rəbbinə üz tutaraq dedi: “İndi bu qulların toplandılar, dinlərinə bağlı olduqlarını göstərmək üçün məni öldürəcək və bununla də sənə yaxınlaşacaqlar. Rəbbim, onları bağışla! … “

*Həllac  Mənsuru dar ağacına gətirəndə, o əvvəlcə nərdivanı öpdü, sonra ayağını qoydu pilləkana. “Necəsən?” deyə soruşduqda isə “Həqiqi müqəddəslərin meracı dar ağacının zirvəsidir,” dedi.

* Cəhənnəm əziyyət çəkdiyin yer deyil, çəkdiyin əziyyəti heç kimin görmədiyi yerdir.

*Ey eşq, özünü yandıranda cəhənnəmin sənə həsəd çəkdiyini gördünmü?

*Allahı tanıdıqdan sonra xalqdan gələn əzab insana təsir etmir.

*Nöqtə bütün xətlərin əsasıdır.

*Danışan dillər susan qəlblərin məhvidir.

*Dar ağacları müqəddəslərin meracıdır.

*Kişilərin üz boyası onların qanlarıdır.

*Yaxşı yaradılışlı olmaq rifahdır.

*Dünyadan keçmək nəfsin zahidliyi, axirətdən keçmək ruhun zahidliyidir.

*Mürid tövbəsinin, murad (dilək) saflığın kölgəsindədir.  

*Ölümümdə həyatım, həyatımda ölümüm; ölümü xoşbəxtlik hesab edirəm.

*Haqqa duyduğun eşq səni Haqqa , Birə olan sevgin səni Birə aparar!

* Allahım! İnsanlar səni verdiyin nemətlərə görə sevir; Mənsə səni verdiyin bəlalara görə sevirəm.

*Daş atanlar məni tanımır. Onların daşı məni yaralamadı. Ancaq anlayan hal əhlinin atdığı bir gül məni incitdi.

* İnsan bir kainatdır, ancaq kainat da bir insandır. Buna tək-tək baxsan çox görürsən, bütün baxsan bir görərsən.

* Hər bir  qavrayışın iki elmi vardır: anlaşılan və anlaşılmaz, yəni bilinən və bilinməyən.

*İman gücü elə bir maddədir ki, o ən müqəddəs Eşq atəşidir. Baxmadan görmək, eşitmədən eşitmək, öyrənmədən bilməkdir.

*“Sənin olmadığın bir yer varmı ki,

Səni axtarmaq üçün göyə çıxırlar.

Açıqca Sənə baxdıqlarını görürsən,

Çünki, onlar kordur, Səni görmürlər”

iklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir