21 Kasım 2024

Türk ədəbiyyatının ən unudulmaz şairi Turqut Uyar (1927-1985) İkinci Yeni axımı (cərəyanı) şairlərindəndir. “Ərzi hal”, “Türkiyəm”, “Dünyanın ən gözəl Ərəbistanı”, “Hər bazar ertəsi”, “Divan”, “Toplandılar” adlı şeirlər kitablarının müəllifidir.Turqut Uyar yaradıcılığının ilk dövründə şeirlə yanaşı roman yazmağa başlamış, ancaq Alen Förnierin “Adsız ölkə” və Fyodor Dostoyevskinin romanlarını oxuduqdan sonra roman yazmaqdan əl çəkmişdir.

***

AXŞAMÜSTÜ YUXUSU

İndi gəmilər keçər uzaqlardan

Könlüm göyərtədə sərələnibdir.

İşıqlı gecələr, çalğı səsi, pendir-çörək

Nə biletim, nə pulum, nə də dostum var

 Uçunur ürəyim hey boylandıqca…

-Oyan Turqutum, qəribim, oyan, bura Termədir.

Termə körpüsündən maşınlar keçir,

Orda-burada üç-üç beş-beş danışırlar işçilər.

Bir gecə başlayır, yarı qara, yarı qırmızı

Siqaretmi yandırıb evimə qayıdıram…

-Gedin gəmilər

Vardığınız yerlərə bir salam deyin

Gün olar bütün dərdlərimdən uzaq

Mən də gələrəm…

***

QURTULMAQ BÜTÜN DƏRDLƏRDƏN

Sularla axmaq bir gün bir gün bir gün

Bir gün dağlara çıxmaq bir-bir bir-bir dağlara çıxmaq bir gün

Çıxmaq çıxmaq bir-bir bir-bir bir gün dağlara dağlara bir gün

Bir gün bir-bir bir-bir bir dağlara

Ah uca dağlara bir gün

Ey bir gün

Çiçək açmaq bir gün

Dağlara dağlara bir-bir bir-bir bir dağlara

Otları böyütmək bir gün

Bir gün kəndlər kəndlər yuyulmuş damlar geri dönmək bir gün

Bir gün yeni dönmək

Bir gün dağlara çıxmaq bir-bir bir-bir bir çıxmaq çıxmaq

Su getmək günəş bilmək

Yenidən orda otlarda orda yenidən orda orda

Yorğun bir gül tapmaq və geri dönənlər bir gün

Ey yorğun atlar, saymaq bilməyən uşaqlar

Ey bütün hazır geyimçilər ey,

Bir gün olmaq, küskün keşişlərdən olmamaq bir gün

Dağlara dağlara çıxmaq sular körpülər sular bir gün çıxmaq

Əski qaba maşınlardan  düşüb bir gün çıxmaq

Dağlara dağlara dağlara başqa heç

Bir gün dağlara.

Şeirləri iklim.az dilimizə uyğunlaşdırdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir