BİRİ SÖYLƏDİ TƏPƏYƏ İŞILDAYAN QARANLIQDA:
Mən Fateh Sultan Məhmət Xan
Nə olmuş, İstanbulummu alınmış,
Bunca tuğlar arxasından.
.
Sallanmaqda başım üzrə qapqara bir an,
Nə olmuş, nədir bu düşmən gəmiləri
Çarpmaz sahilimə dalğalar yasından.
.
BİRİ SÖYLƏDİ TƏPƏYƏ İŞILDAYAN QARANLIQDA:
Mən Birinci Sultan Səlim Xan, Yavuz,
Eheey türbəmin yanında səs-küy edən kim,
Daha burda necə rahat yatarıq.
.
Söyləyin, yoxsa halal olmasın sizə çörəklə duz,
Kim yürüyür gecədən ağır,
Kimin çəkməsində çınlayır mahmuz..
.
Göy üzü, mənə mavi lalələr açan hovuz,
Sən nədən beləsən kara
Ürəyim, sən niyə beləsən susuz.
.
BİRİ SÖYLƏDİ TƏPƏYƏ İŞILDAYAN QARANLIQDA:
Mən Orxan Qazi, yetişdim gəldim.
Hər Türk bir təməldir, bir başlanğıcdır oğullar
Mən də siztək bir təməldim.
.
Əsmək istərsiniz, yeldim,
Oyansanız, yaşamaq su kimi axar,
Sularda sularda, böyüyən seldim.
.
Mən ayaqdım, azadlıq üzrə mən əldim.
Dustaqlıq çirkinlikdir oğullar,
Mən nə gözəldim.