Su durar düşmən durmaz.Şanlı Ordumuzun çaldığı zəfərlərə qarşılıq quduzlaşan erməni, şəhərlərimizi, dinc əhalimizi atəşə tutur.Cəbrayılın alınmasında yaşanan sevinci həzm edə bilmədi.Ancaq özünü qarşıdakı digər zəfərlərimizə hazırlasın, Ordumuz irəliləyir.
Alınan torpaqlara indidən ruhumuz uçdu, əsgərlərlə bərabər sanki biz də girdik o kəndlərə, şəhərlərə.Hələ o dağlar, çöllər doğma nəfəs duyub indi Allah bilir necə canlandılar.
Qaçqınlar, köçkünlər bu günlərdə nələr yaşadılar, bunu təsvir edə bilmirəm.Sevincdən insanın ürəyi yata bilər, başqa da bir şey demirəm.
O minalanmış, o zəhərlənmiş, yad ayaqlarda tapdanan torpaqlara qovuşma xəyalını, hissini qaçqınlar artıq anbaan yaşayır, xəyalında oralara gedəcəyini, evini tapacağını, oraya yerləşəcəyinin ssenarisini yazır.Ya evimi erməni dağıdıbsa, deyə bir an dayannır, sonra da Allah vursun ermənini, evimi dağıtsa da təzəsini tikəcəm deyə ümidlərini qırılmağa qoymurlar.
Əsgərimiz sərhəddə qədər gedəcək, bu artıq bəllidir.Qarabağın tam alınmasına az qalıb, bundan sonra oraya necə yerləşmək, orada qaynar bir həyat yaratmaq, yeni iş yerləri açmaq, orta və ali məktəblər açmaq, təsərrüfatlar yaratmaq barədə düşünür indi hamı.
Qarabağı aldıq, bəs sonra? Orada olan ermənilər qaçan qaçdı, qaçmayan da bizimlə dinc yanaşı yaşamaq fikrindədir və son günlər bu məsələ bir neçə rəsmi dildə, mətbuatda, görüşlərdə dilə gətirildi. Siyasi görüşlərdə onların bizimlə bizim qanunlar əsasında yaşaya biləcəkləri qeyd olundu.Birinci, onları görməyi heç kim arzulamır, baxmayaraq ki, guya əsir düşüb nə olduğu bəlli olmayan erməni qadın şirin dillə özünə yer eləyib yaxşı münasibət görübsə də, biz ermənini gördükcə nifrətimizin qarşısını ala bilməyəcəyik. Bu qədər, 30 illik bir didərginlik yaşamı boşunamı gedəcək? Hələ indiyə qədər evsiz-eşiksiz qalan insanların əzabları cəzasızmı qalacaq? Qaçqın, köçkün, didərgin adlanaraq həm maddi, həm də mənəvi əzaba qatlaşan xalq buna yol verəcəkmi?
Hə, biz humanistik, insanpərvərik, yenə də, bizə ziyanları yoxdursa, rahat olacaqlarsa, qoy qalsınlar məsələsi qalxaraq onların xeyrinə həll olacaqsa, Qarabağda yaşayan ermənilər bizim qələbəmizdən sonra da orada yaşamağa davam edəcəklərsə, bunu tək bir şərtlə edə bilərlər.O zaman biz 250 min Qərbi Azərbaycan köçkünü də bir nəfər kimi indi Ermənistan adlanan öz doğma ata-baba yurumuza qayıdaq, əvvəlki həyatımıza, mülklərimizə, torpaq və evlərimizə sahib çıxaq.Bizim orada yaşayışımız, təhlükəsizliyimiz təmin olunsun.Əvvəlki adlarımız qaytarılsın, muxtariyyat statusumuz olsun, onlardan asılılığımız olmasın. Artıq oradan sürgün olunmağımızdan 32 il keçib.Artıq sürgün müddətimiz başa çatdı.Biz də artıq doğma yurdumuzu hansısa erməninin sosial şəbəkədə paylaşdığı şəkillərdə görmək istəmirik.
Deyirsiz, Ordu yeriyib bizim kəndləri də alsın? Yox, buna razı deyiləm.Niyə? Çünki, bu qalxışda sərhəddə qədər gedib dayansınlar.Qarabağı alıb Ordumuz bir az dincəlsin.Yaz başı yenidən qalxar və bu dəfə Qərbi Azərbaycanın yurd yerlərimizi alıb bizə verər.
İndi o yurd, o kimsəsiz yadlıq çəkən yurdumuzun qulağına səs gəldi, ürəyi atlandı ki, mənim sahiblərim də bəlkə gələcək.Onların gözlərini yolda qoymayaq.1905-ci ildə erməni alçaqlığında yayınıb kənd-kəsəyi buraxıb dağlara çəkilən əhalimiz bir müddət sonra qayıtdı.
1918-20-ci illərdə kütləvi qırğınlarla müşayət olunan kütləvi köç iki il sonra yenidən doğma yurda qayıtdı.Bu qayıdışlardan sonra erməni bir müddət quzu sifətini göstərdi.Ta ki, 1988-ci ilə qədər.Düzdür, əvvəlki illərdə də bir neçə mərhələli köçlər olmuşdu, amma o zaman siyasətlə, guya sülhlə sürgün etmişdilər bizim camaatı. Onlar hələ də öz yurdlarına qayıtmayıblar. Biz 1988-ci il sürgünləri qayıdacağıq. Çünki artıq Azərbaycan hökuməti səsini ucaltdı, Ordumuz gücünü göstərdi və ümidlərimiz cücərdi.Qərbi Azərbaycan da Qarabağ kimi bizi gözləyir.
AYİŞƏ NƏBİ
Mütləq! Hamı qayıdacaq!
İnşallah vaxt gələcək Yerevanda erməni qalmayacaq!