21 Kasım 2024

Konstantin Simonovun “Gözlə məni” şeirini yeni tərcümədə sizə təqdim edirik.

GÖZLƏ MƏNİ

Gözlə məni gələcəm

Həsrət səni üzəndə.

Gözlə payız yağmuru

Qəlbindən süzüləndə.

Gözlə, qar ələnəndə,

Gözlə qızmar günlərdə.

Gözlə, yaddan çıxanlar

Heç gözlənilməyəndə.

Gözlə uzaq diyardan

Məktublar gəlməyəndə.

Gözlə, yanındakılar

Daha səbr etməyəndə.

Gözlə gələcəyəm mən

Sənə unut deyənin

Deyib dil-dil ötənin

Ağzına təp sözünü.

İnansın yoxluğuma

Anam ilə qoy oğlum.

Gözləməkdən yorulan

Dostlarım oturaraq

Ocağın qırağında

Ruhuma rəhmət deyib

İçsinlər acı şərab…

Gözlə.Tələsmə sən də

İçib rəhmət diləmə.

Gözlə, gələcəyəm mən

Ölümün acığına.

Qoy, məni gözləməyən

Desin, bəxti gətirib.

Gözləməyən anlamaz

Necə xilas elədi,

Od-alovun içindən

Məni yol gözləməyin.

Necə sağ qaldığımı

Təkcə biz biləcəyik.

Çünki, məni gözlədin

Kimsə gözləməyən tək.

Çevirən AYİŞƏ NƏBİ

“Konstantin Simonovun bu həzin şeirini bir neçə tanınmış şair dilimizə tərcümə etmişdi. O tərcümələrin heç biri məni qane etmədi və “Gözlə məni” şeirini dilimizə yenidən çevirdim (Tərcüməçi)” .

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir