04 Temmuz 2024

Ömrümün harayı, könlümün səsi,

Milyon-milyon qəlbin sevgi nəğməsi,

Ruhumun ən uca, ulu kəlməsi,

Azərbaycan-Türkiyə!

.

Bu hikmət önündə ayaq saxla, dur,

Eşqin ətri ilə qəlbini doldur.

Turana uzanan əbədi yoldur,

Azərbaycan-Türkiyə!

.

Böyük Atatürkün, ulu Heydərin,

Məramı müqəddəs, hikməti dərin.

Keçib sınağından qərinələrin,

Azərbaycan-Türkiyə!

.

Halal soraqlıdır, harama yaddır,

Türklüyə şan verən ən uca addır.

Aygünün qəlbində qoşa qanaddır,

Azərbaycan-Türkiyə!

AYGÜN HÜSEYN

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir