İslam aləminin ən önəmli günlərindən biri rəbiyüləvvəl ayının 12-ci günü , Həzrət Məhəmməd peyğəmbərin (sav) dünyaya gəliş günü bayram olaraq qeyd edilir. Həzrəti Peyğəmbərimizn doğum günü-mövlud qəndilidir. Mövlud adı zaman keçdikcə ədəbi bir janra da verildi. Bu janrda yazılan əsərlər peyğəmbərimizin doğumunu, yaşantısını, sürreal olaylarını, miracını və s. öyünclər və miflərlə bəzəyən mətnlərdən ibarətdir. Xalq arasında bu mətnlər bəzi dini və ənənəvi mərasimlərdə bəlli bir məqam və üsulla oxunur.
Uca Allah “aləmləri onun üzü suyu hörmətinə yaratdım” dediyi, məqamı uca hz. Məhəmməd (sav) üzü suyu hörmətinə yurdumuzu yağı düşməndən qorusun.
İKLİM.AZ