04 Temmuz 2024

AZƏRBAYCAN BAYRAĞI UĞRUNDA ŞAVAŞ ŞEİRLƏRİ MÜSABİQƏSİ KEÇİRİLİR

Şanlı əsgərimizə dəstək məqsədi ilə “İzimiz” İB və İklim.az saytı müharibəyə həsr olunmuş “Savaş şeirləri” adlı şeir müsabiqəsi elan edir. Müsabiqəyə Qarabağ savaşına və əsgərlərə həsr olunmuş şeirlər qəbul olunur. Hər müəllif bir şeir təqdim edə bilər. Şeirin həcmi 1 A4 formatından çox olmamalıdır. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Müsabiqədə 3 dərəcə  və bir həvəsləndirici mükafat təyin olunmuşdur. Şeirlər 28 oktyabr-20 noyabr tarixləri arasında qəbul olunur. Müsabiqənin qalibi 28 noyabrda elan olunacaq. Uğurlar ola.

Mükafatlar:

1-ci yer-Azərbaycan bayrağı (böyük ölçüdə)

2-ci yer-Azərbaycan bayrağı (orta ölçüdə)

3-cü yer-Azərbaycan bayrağı (kiçik ölçüdə)

Həvəsləndirici mükafat kitab olacaq.

Qaliblərə kitab hədiyyələri də veriləcək.

Şeirləri, “Savaş şeirləri” müsabiqəsinə başlığı altında bu e-ünvana göndərə bilərsiniz: metamenn@gmail.com

İzimiz İB , İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir