04 Temmuz 2024

Mir Həmzə Nigari (1805, Qarabağ – 1885, Amasya) — Sufi divan şairi, təsəvvüf alimi, təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndindən olan Qarapapaq türklərindəndir.

QARABAĞ

Sinəmə çəkilən qara dağımdır,
Qara bağrım qanlı Qarabağımdır.
Qan əkər, odlar tökər Miri-Nigari məgər,
Yad qılıbdır yenə Qarabağ torpağını.

Eşqin kanı Qarabağdır məkanım,
Bülbülü-şeydayam, cənnət yerimdir.
Əvvəl başdan Qaraqaşdır bostanım,
İndi gülüstanım Qarapirimdir.

Bir qönçə gülünün tarımarıyam,
Görüm abad olsun ol Qarabağı.
Bir gözəl ceyranın giriftarıyam,
Şənlik olsun dağı, bağı, ovlağı.

Gözlərimdən hər dəm qan – yaş tökülür,
Sərvtək qamətim yaytək bükülür.
Sinəmə çal-çarpaz dağlar çəkilir,
Yadıma düşəndə Çilgəz yaylağı.

Xabları Huridir, Mələk mənzərdir,
Sözləri şirindir, şehdü-şəkərdir.
Cənnəti-Məvadır, Hovzi-Kövsərdir,
Qaraqaş yaylağı, Həmzə bulağı.

Ey Nigari, ömrün erişdi payə,
Salmadı başıma ol sərvi sayə.
Can qurban eylərəm peyki səbayə,
Xəbər versə bir gün ol Qarabağdan.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir