06 Temmuz 2024

Bertold Brext (1898-1956, Şərqi Berlin), alman şairi, nasiri, teatr xadimi, sənətşünaslıq nəzəriyyəçisidir.

GENERAL, GÜCLÜDÜR TANKINIZ

Tankınız general yaman güclüdür,

Qırar-tökər bir  meşəni bir anda.

Əzər-keçər yüz insanı bir anda.

Ancaq bircə qüsuru var onun da,

Sürücüsüz tərpənməz o yerindən.

.

Nə güclüdür qırıcı təyyarəniz,

General,

Küləyi ötər o, filləri yorar.

Onun da kiçicik bir nöqsanı var:

Onu da düzəldir qoçaq insanlar.

.

General, çox şeyə qadirdir insan,

Yaxşı uça bilir, adam öldürür.

Ancaq bir qüsuru vardır onun da,

Düşünə bilir o lazım olanda.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir